Suallarınızı Şirməmməd Hüseynov cavablandıracaq

Dekabrın 17-si Şirməmməd Hüseynovun 85 yaşı tamam olur

Dekabrın 17-si Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın usanmaz araşdırıcısı Şirməmməd Hüseynovun 85 yaşı tamam olur.

Böyük ömür yolu keçən əziz müəllimimiz Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.

Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında onun adı ön cərgədə çəkilir.
Onun ən son kitabı - Üzeyir Hacıbəylinin Sovetləşmədən öncə mətbuatda çıxan, indiyədək çap olunmamış məqalələrinin toplandığı kitabdır.

Ötən əsrin 40-cı illərindən paytaxtda yaşamağa başlamış, yayı Şəkidə, qışı Bakıda keçirən Şirməmməd müəllim tam Bakılı olmasa da, yeri gələndə Bakıya «can» deməyi bacaranlardandır.

AzadlıqRadiosunun «Can Bakı» proqramı yubiley günündə Şirməmməd müəllimi qonaq qarşılamaqdan qürur duyur, hamını bu söhbətə qoşulmağa çağırır.

Suallarınızı, təbriklərinizi, təkliflərinizi dekabrın 16-sı saat 12-yə kimi «Can Bakı» proqramına yollayın.

Azərbaycan mediasında çalışan hörmətli həmkarlarımız! Siz də bizə qoşulun. Fürsəti qaçırmayın.

Suallarınızı bu ünvana göndərin: –efir@azadliqradiosu.az