«Bakıya qələbə üçün gəlmişik»

Avropa çempionu İspaniya, 29 iyun 2008

Futbol üzrə İspaniya milli komandası iyunun 7-də saat 21:00 radələrində Bakıya gəlib.

İspaniya komandasının qapıçı İker Kasilyas Bakıya qələbə üçün gəldiklərini vurğulayıb:

«Futbolda adi oyun olmur. Biz İspaniya üçün oynayırıq. Üstəlik, buradan Cənubi Afrika Respublikasında keçiriləcək Konfederasiyalar Kubokuna gedəcəyik. Bu baxımdan, nəticə qazanmaq bizim üçün vacibdir».

Azərbaycan – İspaniya matçı iyunun 9-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Mətbuat konfransından videogörüntülərə burada baxa bilərsiniz

Sizin brauzer HTML5-i dəstəkləmir

Avropa çempionu Bakıda