Aclıq edən tələbələrdən birinin səhhəti pisləşib

Aclıq edən tələbələrdən birinin səhhəti pisləşib

İyunun 3-də aclıq aksiyası keçirən Müstəqil Azərbaycan Universitetinin tələbələrindən biri Tərlan Əliyevin səhhəti pisləşdiyindən, həkimlər ona aclığı dayandırmağı məsləhət görüblər. Aksiya iştirakçılarından Elnur Məmmədovun verdiyi məlumata görə, digər tələbələr aclığı davam etdirir. Üç gün ərzində aksiyaya qoşulanların sayı 64 nəfərə çatıb. Tələbələr aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirəcəklərini bildiriblər.


Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi iyunun 1-dən aclıq aksiyasına başlayıb. Təhsil Nazirliyi testdənkənar qəbul keçirdiyinə görə bu universiteti bağlayıb, tələbələrə isə diplom verilməyəcəyini bildirib. Tələbələr isə başqa universitetlərə bərpa olunmaq tələbi ilə aclığa başlayıblar.