Tarix təkrarlanır

Səs: Real audio
Növbəti danışıqlar 2006-cı ilin ilk aylarında Brüsseldə olacaq Keçən mövsüm olduğu kimi Çempionlar Liqasının 1/8 mərhələsində iki barışmaz rəqib – "Çelsi" ilə "Barselona" qarşılaşacaq



- Dekabrın 16-da İsveçrənin Nion şəhərində futbol üzrə Avropa Çempionlar Liqasının 1/8 finalının püşkü atılıb.



Püşkün nəticəsində İspaniyanın iki nəhəngi – "Barselona" və "Real Madrid" müvafiq olaraq İngiltərənin "Çelsi" və "Arsenal" komandalarıyla üzləşməli oldu.



İki alman klubu – "Bavariya" və "Verder" isə 1/8 mərhələsində İtaliya klublarıyla üz-üzə qalıb. "Verder" – "Yuventus", "Bavariya – Milan" cütlərində ilk oyunlar Almaniyada keçiriləcək.



Ötən il olduğu kimi bu dəfə də 1/8 finalda Hollandiyanın "PSV" və Fransann "Lion" komandaları qarşılaşacaq.



Holandiyanın digər təmsilçisi "Ayaks" İtaliyanın "İnter", İspaniyanın "Vilyareal" klubu isə Şotlandiya çempionu "Reyncers"ə rəqib olub.



Ötən ilki Çempionlar Liqasının qalibi İngiltərinin "Livepul" komandası isə Portuqaliyanın "Benfika"slıyla qarşılaşacaq.



1/8 finalın llk oyunları fevralın 21-22-də, cavab qarşılaşmaları isə martın 7-8-də olacaq.