Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 10:21

Həbsdəki icra başçısı: 'Prezidentə yalan məruzə olunub'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev deyir ki, prezidentə onun haqqında yalan məlumatlar məruzə olunub. Onun sözlərinə görə, iş otağından başqalarına aid əməkhaqqı kartlarının tapılması barədə iddialar həqiqətəuyğun deyil.

"Mən özümü təqsirli bilmirəm, istintaqda da bunu demişəm. Otağımda kart olmadığı halda, prezidentə məruzə ediblər ki, guya kartlar çıxıb. Halbuki, rayonun daxili imkanları sayəsində 550 nəfərə, o cümlədən Qarabağ əlillərinə, məcburi köçkünlərə yardımlar olunub", – Hacıyev öz məhkəməsində belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 17-də sabiq icra başçısının işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmədə vəkili onun haqqında cinayət işinə xitam verilməsi məsələsini qaldırıb. Müdafiəçi deyir ki, Hacıyev ona verilən ittihamları qəbul etmir. Əgər bu vəsatət təmin olunmasa, bu halda, müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. Amma məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.

Müdafiəçinin daha bir vəsatəti isə keçmiş icra başçısının DTX-nın istintaq təcridxanasından Penitensiar Xidmətin tabeliyindəki istintaq təcridxanasına köçürülməsi haqda olub. Hakimlər bu məsələyə razılıq verib.

Hacıyevə qarşı ittihamlarla bağlı məhkəmə araşdırmaları sentyabrın 28-dən başlayacaq.

Xatırlatma

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ittiham olunur. O, milyonlarla manat büdcə vəsaitinin yeyintisində, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəməkdə təqsirləndirilir.

Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub. Onun ittiham olunduğu maddələrdə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG