Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 00:15

İqtisadçı: Sosial mənzillərdən gəlir əldə edirlər


Güzəştli mənzillərin satış problemi
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Güzəştli mənzillərin satış problemi

Son həftələr cəmiyyətdə yenidən sosial mənzillərlə bağlı şikayətlər eşidilməkdədir.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov deyir ki, onlara da bu məsələlərlə bağlı şikayətlər gəlməkdədir. Onun sözlərinə görə, həmin şikayətlərdə qeyd edilir ki, ehtiyacı olan bir çox şəxslər sosial mənzillər ala bilmirlər.

V.Bayramov deyir ki, hətta bu məsələdə internet resurslarında bəzi elanlar da diqqət çəkir. «...Elanlardan birində qeyd olunur ki, Yasamal rayonunda sosial evlərin birində 9-mərtəbəli binanın 7-ci mərtəbəsində 55 kv.m-lik mənzil 400 manata kirayəyə verilir. Mənzil əla təmirlidir. Su, qaz, işıq daimidir»- iqtisadçı nümunə gətirir.

Onun vurğulamasına görə, məsələnin maraqlı tərəfi budur ki, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tikdiyi bu sosial evlərdə özünə mənzil alan aylıq 300 manat ödəyir. «Bu binalarda kirayə 400-450 manata təqdim edilir. Bu sosial mənzillərdən gəlir əldə etmək deməkdir. Sosial mənzilin mahiyyətinin, fəlsəfəsinin dəyişməsi deməkdir», - V.Bayramov belə deyir.

Dövlət ilk növbədə kimin mənzil problemini həll etməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

V.Bayramova görə, bu ondan xəbər verir ki, sosial mənzil yolu ilə ev problemlərini həll etmək istəyən bəzi ailələr bu prosesdən kənarda qalırlar: «MİDA, bir qayda olaraq, bildirir ki, kim sosial ev almaq növbəsindədirsə, satış üçün açıq olan mənzil ala bilər. O, nəzərdə tutduğu mənzili internet xətti ilə ilk işarə etsin. Amma haqqında danışdığım həssas qrupların internetdən istifadə səviyyəsi zəifdir. Odur ki, bu tip ailələrə şərait yaradılmalı, onlar ayrıca olaraq təsnifləşdirilməlidirlər».

V.Bayramov deyir ki, Yasamal rayonunda MİDA xəttiylə 1900-a qədər mənzil satışa çıxarılıb, növbədə isə 12 min insan var.

İqtisadçı əlavə edir ki, bütünlükdə isə ölkənin mənzil inşaat bazarında durğunluqdur. Onun fikrincə, səbəb də budur ki, qiymətlər bahadır və alıcısı yoxdur. «Sosial mənzillər bazarındakı durum bu evlərin ucuz olmasından qaynaqlanır. Ona görə də mexanizm təkmilləşməlidir ki, sosial evlər mahiyyətini itirməsin, vətəndaşın evsizlik problemi həllini tapsın».

İqtisadçının bu fikirlərinə, hələlik, MİDA-dan münasibət almaq mümkün olmayıb.

Qarabağ savaşında həlak olanların ailələri və əlil olanlara daha 200 mənzil verilir
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. İlk sosial mənzillərin təqdim edildiyi Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

2017-ci il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa edilən 11 binadan birincisinin təməlini qoymuşdu.

Agentlikdən verilən açıqlamaya görə, 1-otaqlı mənzillərin qiyməti – 29954 manatdan, 2-otaqlı mənzillərin qiyməti – 47614 manatdan, 3-otaqlı mənzillərin qiyməti – 65959 manatdan başlayır və əlavə dəyər vergisi (ƏDV) mənzillərin satış qiymətinə daxildir.

Qurum artıq bir neçə dəfə sosial mənzillərin satışını həyata keçirib. Bu prosesdə müəyyən narazılıqlar da yaşanıb. Bəzi vətəndaşlar prosesin şəffaf olmadığını iddia ediblər. Amma MİDA-dan belə iddialar yalanlanıb.

XS
SM
MD
LG