Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:18

'Yaşayış minimumu beynəlxalq standartlara görə hesablansa…"


İşsiz qalan Vəcimə deyirlər ki, sənə yardım düşmür, dövlətdən inək almısan...
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

İşsiz qalan Vəcimə deyirlər ki, sənə yardım düşmür, dövlətdən inək almısan...

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ünvanlı dövlət sosial yardımı 2021-ci ildə 77 min 269 ailəyə təyin olunub. İl ərzində ailədə bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardım 57.1 manat olub. Amma bu ailə sayının özündə də azalma olduğu bildirilir.

Sosial yardıma ehtiyacı olan vətəndaşların hamısı onu ala bilirmi?

Azərbaycanda 13, Qazaxıstanda 74 faiz…

BMT Beynəlxalq Əmək Təşkilatı ötən ilin payızında dərc olunan sonuncu Qlobal Sosial Müdafiə Hesabatında bildirir ki, Azərbaycanda aztəminatlı əhalinin yalnız 13.4 faizi sosial yardım proqramı ilə əhatə olunur. Hesabata görə, həmin göstərici Qazaxıstanda 74.2, Gürcüstanda 93 faizdir.

Ünvanını dəyişdi, ünvanlı sosial yardımı kəsildi
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a bildirilib ki, ölkədə 2020 və 2021-ci illərdə sosial islahatlar davam edib: "Prezident İlham Əliyevin dekabr ayında imzaladığı yeni fərman və sərəncamlarla ölkəmizdə sosial ödənişlərin artırılması istiqamətində islahatların növbəti mərhələsinə başlanıb. 2.1 milyondan çox şəxsi əhatə edən sosial ödənişlərin artımı üçün illik əlavə 1.5 milyard manat vəsait ayrılıb".

"4 ildə 88 faiz artaraq 280 manatı ötüb"

Nazirlikdən vurğulanıb ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği son 4 ildə 88 faiz artaraq 280 manatı ötüb: "2018-2021-ci illərdə sosial təminat (pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım) üzrə illik xərclər 2.4 milyard manat və ya 60 faiz artaraq 6.4 milyard manata çatıb".

N.Cəfərli
N.Cəfərli

"Bu kriteriyalar hamıya…"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, məsələnin əsas həll olunmalı tərəfi ünvanlı sosial yardımın kimlərə şamil edilməsidir: "Məsələn, ailə üzvünün adına torpaq sahəsi və ya avtomobil varsa, o, ünvanlı sosial yardımdan məhrum olunur".

O deyir ki, bunlar kriteriya ola bilməz: "1990-cı illərdə torpaq islahatı zamanı bəzi şəxslərə kiçik torpaq sahələri paylanmışdı, amma bunlar gəlir gətirən torpaq sahəsi olmaya bilər. Yaxud da adamın adına köhnə, utilizasiya olunmayan avtomobil ola bilər. İndiki qanunvericiliyə görə isə, həmin adamlara sosial yardımın verilməsi mümkünsüzdür. Halbuki, bu kriteriyalar hamıya eyni şəkildə şamil edilməməlidir".

Onun fikrincə, bunun nəticəsidir ki, ölkədə ünvanlı sosial yardımın əlçatımlığı ilə bağlı problem var: "İndiki dövrdə ünvanlı sosial yardımın məbləğinin az olması da başqa bir problemdir, ona ehtiyac olan, amma məhrum olunanların sayının çoxluğudur. İlk növbədə bu məsələ öz həllini tapmalıdır".

Neftçalada imkansız ailənin gözü kömək axtarır
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

"Ölkə əhalisinin çoxu…"

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda yaşayış minimumu beynəlxalq standartlara görə hesablansa, ölkə əhalisinin çoxu ünvanlı sosial yardıma ehtiyacı olan qrupa aid edilməlidir: "Azərbaycanda belə hesablamalar aparılsa, dörd nəfərlik standart ailənin gəlirləri 1000 manatdan yuxarı olmalıdır ki, onların yoxsulluğunun müəyyənləşdirilməsində bu məbləğ aşağı xətt kimi götürülsün. Belə olsa, ünvanlı sosial yardıma ehtiyac olan insanların sayı dəfələrlə artacaq".

2022-ci ildə ölkədə yaşayış minimumu 210 manat müəyyən edilib.

XS
SM
MD
LG