Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:22

Azərbaycan qonşulara nisbətən daha az sürətlə...


Ötən il nələr bahalaşdı? 2022-ci il üçün iqtisadi proqnozlar
Gözlə

No media source currently available

0:00 0:05:08 0:00

Ötən il nələr bahalaşdı? 2022-ci il üçün iqtisadi proqnozlar

Dünya Bankı 2022-23-cü illər üzrə dünya iqtisadiyyatının inkişafı ilə bağlı yeni proqnoz açıqlayıb. Proqnoza görə, 2022-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı qonşulardan az olacaq: Azərbaycanda ÜDM-in artım tempi 3.1, Ermənistanda 4.8 , Gürcüstanda 5.5 faiz proqnozlaşdırılır. 2023-cü il üçün isə həmin məsələ ilə bağlı gözləntilər belədir: Azərbaycanda 2.7 faiz, Ermənistanda 5.4 faiz, Gürcüstanda isə 5 faiz.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 80 milyard 688.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.3 faiz çox ÜDM istehsal olunub.

V.Əhmədov
V.Əhmədov

"Ötən illə müqayisədə çox gözlənilir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, 2022-ci ilin dövlət büdcəsi parlamentdə müzakirə ediləndə ÜDM-in artımı məsələsi gündəmdə olub: "2022-ci ildə ÜDM-in artımı 2020 və ötən illə müqayisədə kifayət qədər çox gözlənilir".

Onun sözlərinə görə, ÜDM-in artmasına xüsusilə də qeyri-neft sənayesinin inkişafı şərait yaradır: "Hesab edirəm ki, 2022-ci ildə ÜDM-in artımı yüksək olacaq. Biz işğaldan azad olunmuş ərazilərdə əkinə, üzümçülüyə təzə başlayırıq. Onun da ÜDM-in artımına kifayət qədər təsiri olacaq".

Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

"Bizdən çox ola bilməz"

Azərbaycanın qonşularında ÜDM-in artımının daha çox proqnozlaşdırılmasına gəlincə, komitə üzvü qeyd edib ki, Ermənistanda faktiki olaraq Rusiya şirkətləri işləyir: "İqtisadiyyatı da faktiki olaraq onların əlindədir. Gürcüstan isə neftin nəqli ilə əlaqədar olaraq bizdən kifayət qədər çox vəsait alır. Amma hər iki ölkədə ÜDM-in artım tempi bizdən çox ola bilməz, çünki Azərbaycanda 2022-ci ildə ÜDM kifayət qədər yüksək olmalıdır".

"Hökumətin hesablamaları dalana dirənib"

İqtisadçı Nemət Əliyev də AzadlıqRadiosuna bildirib ki, builki büdcə sənədlərində ÜDM-in artım rəqəmləri daha yüksək göstərilib: "4.6-5.2 faiz aralığında artım proqnozu açıqlanmışdı. Lakin hökumətin hesablamaları dalana dirənib. Ötən il üçün də 5 faizdən yuxarı artım barədə məlumat yayıblar, amma bu göstərici həqiqətəuyğun deyil. Bu məlumatı təkzib edən digər makroiqtisadi göstəricilər var".

N.Əliyev
N.Əliyev

"Əksinə, azalmalıdır"

Onun sözlərinə görə, həmin göstəricilərdən ən əsası bahalaşma faizidir: "Azərbaycanda çox böyük bahalaşma yaşanır. Bu bahalaşma şəraitində mümkün deyil ki, iqtisadiyyat böyüsün. Əksinə, azalmalıdır. Yəni, indiki dövrlərdə iqtisadiyyatın azalmasından danışmaq lazımdır".

N.Əliyev deyir ki, Ermənistanla bağlı Dünya Bankının proqnozunu da şübhə altına almaq olar: "Amma Gürcüstanda ÜDM-in nisbətən daha yüksək səviyyədə olması ilə bağlı verilən proqnoz ağlabatandır. Hələ Azərbaycana iri neft pulları daxil olduğu dövrlərdə də Gürcüstan iqtisadiyyatı nisbətən daha yüksək trend nümayiş etdirib. Orada iqtisadi artımı təmin edən rıçaqlar daha etibarlıdır".

İqtisadçının vurğulamasına görə, Azərbaycan hökuməti neft sektorundan daxil olan pulları ölkənin qeyri-neft sektorunun inkişafına düzgün istiqamətləndirə bilməyib və əksər hallarda o vəsaitlər korrupsiyanın yeminə çevrilib.

XS
SM
MD
LG