Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:49

Tələbələrin aksiyası olub, saxlananlar var


Polis Təhsil Nazirliyi önündə etirazı dağıtdı
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Polis Təhsil Nazirliyi önündə etirazı dağıtdı

Aksiyada saxlanan tələbəyə 15 sutka verilib

İyunun 1-də Təhsil Nazirliyinə “Ödənişi ləğv et! və “İmtahanları ləğv et!” istəyi ilə petisiya təqdim etməyə çalışan “Tələbə tələbi” hərəkatının rəhbəri Rüstəm İsmayılbəyli inzibati qaydada həbs olunub.

Bu barədə AzadlıqRadiosuna Hərəkatdan məlumat verilib.

Məlumata görə, Rüstəm İsmayılbəyli İnzibati Xətalar Məcəlləsinin 211-ci ( Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun 15 sutka müddətinə həbs olunduğu bildirilir.

Aksiyada saxlananlar cərimələnib və …

İyunun 1-də Təhsil Nazirliyinin önündə saxlanan gənclərdən 6-sı cərimələnərək buraxılıb.

Bu barədə AzadlıqRadiosuna fəalların özləri məlumat verib. Onların sözlərinə görə, barələrində İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub: "Nərimanov rayon 18-ci polis bölməsində barəmizdə İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olundu".

Onlardan bəziləri 100, bəziləri isə 200 manat cərimələnib.

"Rüstəm İsmayılbəyli isə İXM-nin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılır. O, artıq məhkəməyə aparılıb", - gənclərdən biri vurğulayıb.

7 nəfər saxlanıb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən də "Turan" agentliyinə bildirilib ki, Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərən 7 nəfər saxlanıb: "Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib".

Komputer və internetsiz online təhsil?
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Təhsil Nazirliyi tələbələrin tələbinə cavab verib

"Mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştiraka hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq".

Bunu Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, karantin qüvvədə olduğu müddətdə "ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb: "Buna baxmayaraq, nazirliyə müraciət edən üç tələbə - Bakı Dövlət Universitetinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Zərifə Novruzova nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub".

Nazirliyin sözçüsü vurğulayıb ki, qəbul zamanı R.İsmayılbəyli nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib.

"…Ərizəni imzalamaqdan imtina etdik"

Z.Novruzova AzadlıqRadiosuna bildirib ki, görüşdə rəsmilər onlara ərizə imzalamağı təklif ediblər: "Bizi qəbul edən rəsmilər bizim üçün hazırlanmış ərizə formasını verdilər və onu doldurmağa təklif etdilər. Formada ad, soyad və tələb xanaları var idi. Biz isə bildirdik ki, öz adımızdan yox, minlərlə tələbələri təmsil edərək gəlmişik və ərizəni imzalamaqdan imtina etdik".

Təhsil Nazirliyi tələbələrin tələbinə cavab verdi
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

+++

Bu gün, iyunun 1-də "Tələbə tələbi" adlı hərəkatın iştirakçıları "ödənişi ləğv et" və "imtahanları ləğv et" tələbi ilə Təhsil Nazirliyinə müraciət çatdırmaq istəyiblər. Onlar Təhsil Nazirliyinin önünə gəliblər, fəallardan bəziləri saxlanıb. Tədbir iştirakçıları koronavirus pandemiyası ilə bağlı dərslərin dayandırılması (Ali və orta məktəblərdə dərslər martın 3-dən dayandırılıb) səbəbindən semestr imtahanlarının ləğv edilməsini istəyirlər.

Təhsil Nazirliyinə müraciət ünvanlamaq üçün gələnlərdən Rüstəm İsmayılbəyli, Allahverdi HəsənovZərifə Novruzu polislər Nazirliyə məxsus Təhsil Muzeyinin binasına aparıblar. Həmin şəxslərin bildirməsinə görə, onları nazirliyin rəsmilərinin qəbul edəcəkləri bildirilib.

Bir müddət sonra geri qayıdan Z.Novruz deyib ki, onları qəbul etsələr də, daha sonra R.İsmayılbəyli binadan çıxarılaraq naməlum istiqamətə aparılıb. Amma o, qəbul haqqında geniş bilgi verməyib. Deməsinə görə, onları yalnız dinləyiblər.

Binadan çıxan A.Həsənov və ora gələn Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Əhmədov, fəallar Vüqar Mirzəbəy, İlham Rəsul, Rəhim Məmmədov Qiyas İbrahimov polis maşınına mindirilərək aparılıblar.

Polis ora yığışanlardan məsafə saxlamaq və karantin qaydalarını pozmamağı tələb edib. (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edilib)

Hadisə zamanı jurnalistlərə mülkigeyimli şəxslərin də müdaxiləsi olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev "Turan" agentliyinə məsələ ilə bağlı araşdırmadan sonra ətraflı məlumat veriləcəyini bildirib.

Tələbələrin tələblərinə isə, hələlik, Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanda tələbələrin təqribən yarıdan çoxu ödənişli əsaslarla təhsil alır.

XS
SM
MD
LG