Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:08

Azərbaycanda sutka ərzində 491 yeni yoluxma, 6 ölüm olub


Arxiv foto
Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 491 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bi gün, iyunun 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurum bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 4947, ötən müddət ərzində isə ümumilikdə 422 049 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib. Həmin vaxtdan bu yana ölkədə gündəlik yoluxma heç vaxt bu qədər olmayıb. İyunun 20-də ölkədə son gündə 471 yeni yoluxma faktının qeydə alındığı bildirilmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 962 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 467 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG