Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

'Köhnə problem' və ya 2 milyon seçici haradadır?


Vəfat edən şəxslərin adı seçici siyahısından niyə çıxarılmır?
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

Vəfat edən şəxslərin adı seçici siyahısından niyə çıxarılmır?

Dünən, yanvarın 10-dan Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) məntəqə seçki komissiyalarına tapşırıq verib. Seçici siyahılarının dəqiqləşdirilməsi üçün bu il dövlət büdcəsində 5 milyon 789 min manat nəzərdə tutulub.

2 milyona yaxın fərq…

Lakin son illər Azərbaycanda bir məqam diqqəti çəkir: MSK-nın seçici siyahısı ilə ölkədə seçmək hüququnda olan vətəndaşların rəsmi sayı arasında 2 milyon civarında fərq müşahidə edilir. Bu məqama beynəlxalq təşkilatlar da diqqət çəkiblər. Amma illərdir bu fərq aradan qaldırılmır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci il noyabrın 1-də Azərbaycan əhalisinin sayı 10 milyon 150 min 713 nəfərə çatıb. Onlardan 7 milyon 265 min 413 nəfər seçici sayılır. Həmin il MSK isə bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.

DSK: Siyahıyaalma doğru və dolğun aparılır

DSK-dan "Turan"a bildirilib ki, siyahıyaalma doğru və dolğun aparılır: "Bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir... Sonuncu siyahıyaalma məlumatlarından istifadə etməklə doğulanlar, ölənlər, ölkəyə daxil olan və ölkədən gedənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir. Demoqrafik və sosial sahədə digər mühüm məlumatları əldə etmək üçün, adətən, seçmə müşahidələr təşkil olunur".

Qazax sakini deyir MSK səhv bilir, adı siyahıda olan vətəndaş "ölüf"
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

MSK: "Hərəkət dinamikası…"

MSK-dan isə agentliyə deyilib ki, hər il Seçki Məcəlləsinin tələbinə uyğun, yanvardan maya qədər seçici siyahıları dəqiqləşdirilir: "Dairə seçki komissiyaları daimi fəaliyyət göstərir, il ərzində onların diqqət mərkəzində saxladığı hallardan biri də seçicilərin hərəkət dinamikasıdır. Həmin hərəkət dinamikası seçici siyahısının daha dəqiq, dürüst variantının hazırlanmasında yardımçı olur".

MSK-dan vurğulanıb ki, Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur: "MSK seçicilərə öz məlumatlarını müxtəlif vasitələrlə yoxlamaq imkanı yaradır. Onlar dairə məntəqə seçki komissiyaları ilə yanaşı, MSK-nın internet səhifəsində də öz məlumatlarını yoxlaya bilərlər. Seçicilər öz məlumatlarını tapa bilməsələr, o zaman onlayn ərizə formasını doldurub təqdim edirlər. MSK da həmin ərizəni araşdırır, seçicinin hansı seçki məntəqəsində səsvermə hüququnu reallaşdırmasını müəyyənləşdirdikdən sonra müvafiq addımlar atılır".

M.Məmmədzadə
M.Məmmədzadə

"Azərbaycandan miqrasiya etmiş şəxsləri də…"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna bildirib ki, seçici sayı köhnə problemdir və hər il olduğu kimi qalır: "Hər il seçici siyahılarının dəqiqləşdirilməsinə təxminən 6 milyon manat pul ayrılır. DSK-ya da əhali sayının dəqiqləşdirilməsi üçün milyonlarla manat vəsait ayrılır". Onun sözlərinə görə, iki qurumun metodologiyası bir az fərqlidir: "Onların məqsədləri də fərqlidir. Seçki komissiyaları səviyyəsində bəzən seçicilərin sayını az göstərməyə çalışırlar. Bu, daha çox seçkilərdə seçici fəallığının yüksək göstərməyə kömək edir".

Ekspert deyir ki, istənilən halda, belə məqamlar da 2 milyon fərqi yarada bilməz: "Çünki 2 milyon adamın adı seçki siyahısında olmasaydı, seçki günü minlərlə insan seçki məntəqələrində adlarını axtarardılar. DSK-nın metodologiyası köhnəlib". Onun fikrincə, DSK Azərbaycandan miqrasiya etmiş şəxsləri də bir çox hallarda siyahıda ölkədə yaşayan əhali kimi göstərir: "Daxili miqrasiya ilə bağlı da problem var…".

XS
SM
MD
LG