Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:07

Saxta dərmanlara görə Səhiyyə Nazirliyi yoxsa gömrük cavabdehdir? [video]


Səhiyyə Nazirliyi və gömrüyün sözü çəp gəldi - dərmana görə...
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Səhiyyə Nazirliyi və gömrüyün sözü çəp gəldi - dərmana görə... [A-Live]

Azərbaycanda saxta, keyfiyyətsiz, hətta insan həyatı üçün təhlükəli dərmanlardan uşaqdan-böyüyə hər kəs şikayətlənir.

Bakıda keçirdiyimiz sorğuya qatılan sakinlərdən biri deyir ki, aldığı dərmanın heç bir təsirini görmür:

“Dərman alırsan keyfiyyəti yoxdur. Uşağa verirsən ya allergiya verir, ya da ki heç bir təsiri olmur”.

Dərmanın keyfiyyətsizliyindən tək sakinlər deyil, elə Səhiyyə Nazirliyi də danışır. APA-nın xəbərinə görə, nazirlik dekabrın 13-də Azərbaycana Türkiyə istehsalı olan saxta “Oksiam-B” göz damcıları ilə bağlı məlumat yayıb. Bu məlumatda vurğulanır ki, ekspertiza zamanı yoxlanmış nümunə keyfiyyətsiz, qeyri-effektiv, yarasız və insan sağlamlığı üçün təhlükəli hesab olunub.

Buna da bax: Səhiyyə nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır?

İndi sual yaranır? Bu dərmanı kim gətirib? Apteklərə necə yol tapıb?

Bu sualların mütəxəssislə təhlilinə keçməmiş iki dövlət qurumunun yaydığı təzadlı xəbərlər qısa nəzər salaq.

Səhiyyə Nazirliyi məlumatında “Oksiam-B” dərmanlarını Azərbaycana gətirən şirkət kimi “Dihac” MMC-nin adını çəkirdi.

“Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olan “OKSİAM-B” adlı məhsul dərman vasitəsi kimi Azərbaycan Səhiyyə Nazirliyi qeydiyyata alınmayıb. Həmçinin “Dihac MMC” həmin dərman vasitəsinin ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə Analitik Ekspertiza Mərkəzinə müraciət etməyib”.

Buna da bax: Astara sakini: 'İranda dərmanlar yarıbayarı ucuzdu'

İdxala nəzarət edən Gömrük Komitəsinin isə Səhiyyə Nazirliyinin məlumatı yayılan günün ertəsi xəbər yaydı ki, adı çəkilən dərmanlar ölkəyə elə Səhiyyə Nazirliyinin öz icazəsi ilə buraxılıb.

Komitənin dekabrın 14-də yaydığı məlumatda deyilir ki, məsələ araşdırılıb və məlum olub ki, “Dihac” MMC-nin ümumiyyətlə bu dərmanı gətirməklə bağlı icazəsi yoxdur. Bu dərmanı Azərbaycana gətirən başqa bir şirkətdir:

“Oksiam-B" dərman preparatı ölkə ərazisinə "Norma Med" MMC şirkəti idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub”.

Buna da bax: Dərman reklamına yasaq gəlir

Gömrük komitəsi üstəlik onu o da vurğulayır ki, “Dihac" MMC-nin rəhbərliyi şirkətinin adının saxta dərman idxalında hallanmasına etiraz olaraq, aidiyyatı orqanlara rəsmi müraciət edəcək.

“Norma-Med” MMC isə hələ ki hər hansı açıqlama verməyib. İnternetdə bu şirkətin nə telefonu, nə də digər əlaqə vasitələri var. Vergilər Nazirliyinin qeydiyyat məlumatına görə, “Norma-Med” 2017-ci ilin aprelində Gəncə şəhərində qeydiyyatdan keçib. Elə şirkətin qeydiyyata alınmasından cəmi 3 ay sonra – iyul ayında Səhiyyə Nazirliyi bu şirkətə "Oksiam-B" dərman vasitələrinin gətirilməsinə icazə verib. İcazəni göstərən sənədləri isə Gömrük Komitəsi yayıb.

Buna da bax: Ağdaş və Ucar məktəblərində qurda qarşı dərman...

Hələlik bu qalmaqala - Gömrük Komitəsinin ittihamına Səhiyyə Nazirliyindən hər hansı reaksiya almaq mümkün olmayıb.

Tibb professoru Adil Qeybulla deyir ki, Azərbaycan apteklərində satılan dərmanların əksəriyyəti yoxlansa eyni mənzərə ortaya çıxa bilər.

Tibb elmləri doktoru Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla

Uzun illərdir həkim işləyən Adil Qeybulla düşünür ki, Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı ciddi problemlər var:

“Azərbaycan dərman bazarında bu cür aşağı keyfiyyətli xeyli dərman var. Antibiotiklərdən tutmuş digər preparatlaradək. Biz bunu daim müalicə zamanı da görürük. Bəs, bu dərmanlar Azərbaycan bazarına necə daxil olur? Bu məsələ obyektiv və tam şəkildə araşdırmalıdır. Təəssüf ki, Cinayət tərkibi olan bu cür işlər açıq qalır. Mən düşünürəm ki, bunun səbəbi böyük korporativ maraqlıdır. Dərman biznesinin arxasında böyük qüvvələr var. Bunlar hətta Səhiyyə Nazirliyinə də təzyiqlər edə bilirlər və beləcə də saxta, keyfiyyətsiz dərmanlar Azərbaycana yol tapır”.

Buna da bax: Prokurorluğun 'dərman' əməliyyatı

Bəs, Bakı sakinləri dərmanların keyfiyyəti haqda nə düşünür. Bakıda keçirdiyimiz qısa sorğuda bu suala cavab tapmağa çalışmışıq:

Dərmanların keyfiyyəti sizi nə dərəcədə qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

2016-cı ildə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Keyfiyyətsiz, istifadə müddəti bitmiş, mənşəyi məlum olmayan dərmanların satışına görə cərimələri sərtləşdirilib. Yeni qaydalara görə, keyfiyyətsiz dərman satanlar 7 min manatadək cərimə olunmalıdır. 2015-ci ildə prezident İlham Əliyev nazirlər kabinetinin iclasda bu sahədə mübarizənin gücləndirilməsi üçün Səhiyyə Nazirliyinə tapşırıq verdiyini vurğulamışdı:

Buna da bax: Əli İnsanova 7 il cəza verildi, 11 il cəza çəkəndən sonra

"Bəzi hallarda ölkəyə o qədər də yüksək keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün".

İlham Əliyev bildirmişdi ki, hökumətin bu sahəyə ciddi nəzarəti və yeni mexanizmlərin hazırlanmasından sonra insanlar bunu gündəlik həyatlarında görəcəklər.

Buna da bax: 'İrana xəstə axınının bir səbəbi də dərmanlardır' [video]

Amma prezidentin bu xəbərdarlığından iki il keçsə də hələlik Azərbaycanda satılan dərmanların keyfiyyətindən şikayətlər bitib-tükənmir.

Yerli mütəxəssislər bildirirlər ki, Azərbaycanda dərman bazarı da yüksək çinli məmur ailələrinin inhisarına alınıb. Ona görə də bir çox hallarda dövlət qurumları dərmanların keyfiyyətinə nəzarəti tam gerçəkləşdirə bilmirlər.

Buna da bax:

Böyrək xəstələrinin dərmanı niyə gecikir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

XS
SM
MD
LG