Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 14:35

Saatlıda sakinlərin yolu bağlamaq istədikləri deyilir


Saatlıda aksiya
Saatlıda aksiya

Saatlıda cəbhəçiyə 10 sutka həbs verildiyi deyilir

Dünən, sentyabrın 28-də Saatlı rayonunda saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yerli təşkilatının üzvü Asim Ağayevə 10 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, məhkəmə bu gün, sentyabrın 29-da olub. Amma cəbhəçinin konkret nədə ittiham olunduğunu partiyadan açıqlamayıblar.

Bu məlumatı, hələlik, Saatlı Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Dünən, sentyabrın 28-də Saatlı rayonunun bir neçə kəndinin sakinlərinin Orta Muğan kəndinin yaxınlığından keçən Bakı-İmişli avtomobil yolunu kəsməyə cəhd etdikləri bildirilir.

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib. Həmin hadisələrin əks olunduğu deyilən görüntülər də sosial şəbəkələrdə yayılıb.

Yerli sakinlərin vurğulamasına görə, aksiya iştirakçıları suvarma sularının olmadığına etiraz etdiklərini açıqlayıblar. Rayon polisinin əməkdaşlarının aksiyanın qarşısını aldığı və daha sonra da bir nəfərin saxlandığı deyilir.

Yerli sakinlərin vurğulamasına görə, etiraza qalxan üç kəndin bəzi sakinləri iddia edirlər ki, onların suları Bakıdan olan oliqarxların əkin sahələrinə verilir: "Deyirlər ki, sadə kəndlilərin əkdiyi bitkilərə su çatmır. Arazın suyundan minlərcə hektar torpaqlara sahib olan məmurlar xeyir görürlər, amma bir-neçə hektar torpağı arendaya götürən kəndlilər susuz qalır. Buna görə etiraz etdilər, polis də onları dağıtdı. Bir nəfəri də möhkəm döydülər".

Yerli sakinlərin əlavə etməsinə görə, sentyabrın 28-də rayonda saxlanan şəxs Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Asim Ağayevdir.

Bir şəxsin saxlanmasını AXCP-dən də təsdiqləyiblər. Amma deyilən məlumatlara Saatlı Rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Saatlı Rayon İcra Hakimiyyəti Aparatının qəbul şöbəsindən isə "Turan"a bütün bu deyilənləri tamamilə inkar ediblər. İcra hakimiyyətindən vurğulandığına görə, rayonda nə aksiya olub, nə də orada saxlanan.

XS
SM
MD
LG