Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:33

Azərbaycana qaytarılan mühacirlərin təqib edilməyəcəyinə qarantiya varmı?


Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?

Ombudsmanın martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılan 2021-ci il üzrə məruzəsində Azərbaycana readmissiya olunan şəxslərin inteqrasiyası istiqamətində strateji sənədin hazırlanmasının da təklif olunduğu bildirilir.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı, yaşadığı aşkarlanan şəxslərin mənşə dövlətinə geri qaytarılması başa düşülür. Azərbaycan ilə Avropa Birliyi arasında belə bir saziş imzalanıb.

Ombudsmanın təklif etdiyi həmin sənəddə readmissiya olunan şəxslərin sosial problemlərin həlli istiqamətində bir sıra təkliflərin yer aldığı vurğulanır. Lakin son bir ildə Almaniyadan readmissiya edilən və sonradan narkotik ittihamı ilə mühakimə olunan bir neçə şəxsin sözlərinə görə, siyasi baxışlarına görə işgəncə və şərlənməyə məruz qalıblar. Onlar ittihamı rədd edir və bunu qurama sayırlar. Hərçənd, rəsmi qurumlar, hələlik, belə iddiaların gerçəkliyini təsdiqləməyiblər.

Bəs yeni hazırlanacaq sənəddə mühacirətdən qaytarılan şəxslərin siyasi mülahizələrlə təqibinin yol verilməziliyi ilə bağlı məqamlar yer ala bilərmi?

A.Mirzəzadə
A.Mirzəzadə

"Qayıdıblar və yenidən öz həyatlarına davam ediblər"

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Turan"a bildirib ki, istənilən iddia irəli sürülərkən mütləq faktlar göstərilməlidir. Deputat qeyd edib ki, Azərbaycan demokratik hüquqi dövlətdir: "Dünyaya açıqdır. Vətəndaşlarımız sərbəst hərəkət edə bilirlər. Xarici vətəndaşlar da ölkəmizə sərbəst gələ bilirlər. Bu baxımından vətəndaşlarımız xaricdə vətəndaşlıq almaq üçün müraciət edirlər, onlara imtina cavabı verildikdə isə həmin ölkədən deportasiya olunur və Azərbaycana qayıdırlar. İndiyə qədər dəfələrlə belə hadisələr olub, həmin şəxslər ölkəyə qayıdıblar və yenidən öz həyatlarına davam ediblər".

"Onların… köməyə ehtiyacı var"

Onun sözlərinə görə, xüsusi mərkəzlərə ehtiyac ola bilər ki, ölkəyə qaytarılan vətəndaşlar qayıtdıqdan sonra onların reinteqrasiyası asanlaşsın: "Onlara yaşayış yeri, iş yeri tapılması, uşaqların təhsilə cəlb edilməsi üçün köməyə ehtiyac var. O, heç də izolyasiya məntəqəsi kimi başa düşülə bilməz. Vətəndaş istəməzsə, həmin mərkəzin xidmətindən imtina da edə bilər. Həmin mərkəzlər yaradılacaqsa, jurnalistlər və hüquq müdafiəçilər həmin mərkəzin fəaliyyətini izləyə biləcəklər".

A.Mirzəzadə qeyd edib ki, readmissiya olunan şəxslər Azərbaycan vətəndaşlarıdır: "Onların siyasi baxışları, onların fəaliyyəti onların öz hüququdur".

B.Süleymanlı
B.Süleymanlı

"Bunun özü də şübhəli məqamlar yaradır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, xaricdən Azərbaycana qaytarılan insanların sayı çoxalıb: "Bunun özü də bəzi şübhəli məqamlar yaradır. Məsələn, baş prokurorun həmin Avropa ölkələrinə səfəri, orada müəyyən görüşlərin keçirilməsi cəmiyyətdə şübhələr doğurur ki, bu, orada siyasi sığınacaq üçün müraciət edən şəxslərin ölkəyə gətirilməsi üçün hansısa bir hüquqi prosedurların həyata keçirilməsi ilə bağlıdır. Amma əlimizdə bunu təsdiq edən sənədlər yoxdur".

Hüquq müdafiəçisinin fikrincə, Ombudsman readmissiya olunan şəxslərlə bağlı sənəd təklif edirsə, orada ölkəyə daxil olan vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı da bir hissə öz ifadəsini tapmalıdır:

"Burada repressiyalara məruz qalmalı deyillər"

"Çünki insanlar əgər ölkəyə gəlirsə, təkcə onların sosial problemləri məsələsi qeyd olunmamalıdır. Siyasi baxışlarına görə ölkədən gedən şəxslərin də geri qayıdarkən təhlükəsizlik şəraitində yaşamaları üçün sənədə bir maddə salınmalıdır. Xeyli sayda insan təqib olunduqlarına görə ölkədən gedib və hər hansı səbəblə bağlı ölkəyə qayırdarkən burada repressiyalara məruz qalmalı deyillər. Ombudsman bu sahədə də öz missiyasını həyata keçirməlidir".

XS
SM
MD
LG