Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 12:18

Leyla Şıxlinskayanın obyektində karantin qalmaqalı


Bərpa-Spa Mərkəzi
Bərpa-Spa Mərkəzi

Xalq artisti Leyla Şıxlinskayaya məxsus, Qubada yerləşən Bərpa-Spa Mərkəzinin işçiləri karantin rejimi qaydalarını pozmaqda suçlanaraq saxlanılıb. Onların əksəriyyəti sonradan buraxılsa da, Mərkəzin icraçı direktoru Nəzər İsmayılov həbs edilib.

25-yaşlı İsmayılov haqqında İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunub. O, Quba Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

İş materiallarında iddia olunur ki, karantin rejimi qaydalarına əsasən, ictimai-iaşə obyektləri gecə saat 12-dən sonra fəaliyyətini davam etdirə bilməz. Amma Bərpa-Spa Mərkəzində bu qayda pozulub.

Polis 'toy rüşvəti' alır? DİN: 'Belə iddialar...'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

"İşçilər yemək yeyirdilər"

İsmayılov isə məhkəmədə deyib ki, gecə saat 01.30 radələrində polislər gələndə Mərkəz fəaliyyətini davam etdirmirdi. Sadəcə, işçilər bir masa arxasına toplaşıb yemək yeyirdilər. Vəkili İsmayılovun müdafiə hüququnun pozulduğunu, Quba Rayon Polis Şöbəsində olduğu vaxt vəkillə təmin olunmadığını vurğulayıb.

Polislər isə bildirib ki, həmin vaxt sözügedən obyektdə ad günü məclisi keçirilirdi, bunu təsdiqləyən video da var. Polis əməkdaşının oradan musiqi səsi gəldiyinə görə obyektə yaxınlaşdığı iddia olunur.

Polis şöbəsindən onu da bildiriblər ki, İsmayılov özü vəkildən imtina edib.

Sentyabrın 22-də hakim Rahim Həsənov icraçı direktorun 9 günlük həbs olunması haqda qərar çıxarıb.

Leyla Şıxlinskaya sözügedən obyektin ona məxsus olduğunu bir müddət öncə mediaya açıqlamasında təsdiqləyib. O bildirib ki, Qubada kiçik oteli var və sərt karantin rejimi dövründə orada qalıb.

XS
SM
MD
LG