Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 20:35

'Evin içində və çölündə' qazın qiyməti


Qaz yerli camaatdan kəsilib xaricə satılır? 'Hər çərşənbə guya qəza olur'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Qaz yerli camaatdan kəsilib xaricə satılır? 'Hər çərşənbə guya qəza olur'

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 17 milyard 409.9 milyon kubmetr təşkil edib. Rəsmi açıqlamaya görə, onun 35.8 faizi istehlak, 51.7 faizi ixrac olunub, 2.8 faizi itkiyə gedib, 9.7 faizi isə iyulun əvvəlinə ehtiyat kimi qalıb.

Yeri gəlmişkən, bu il iyulun 1-də qazın qiyməti ölkə daxilində artdı. İyul ayına kimi əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilmişdi. Həmin limitdən artıq qazın hər kubmetri 20 qəpikdən hesablanırdı. Bu limit indi 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyirlər.

Bəs xaricə satılan qazın qiymətləri necədir? Xaricə qaz əhaliyə nisbətən ucuz, yoxsa baha satılır?

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Turan"a bildirilib ki, 2021-ci ilin ilk yeddi ayında xaricə satılan təbii qazın həcmi illik müqayisədə 56 faizdən çox artmaqla 12.06 milyard kubmetr olub. İxracın dəyəri isə 2 milyard 14.91 milyon dollar təşkil edib.

Avropaya gedən qaz qazsız kəndin "qulağının" dibindən keçir
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

0.17 dollar (0.29 manat)

Habelə bildirilir ki, xaricə satılan qazın hər kubmetrinin qiyməti 0.17 dollar (0.29 manat) olub. Bu rəqəm öncəki ildə ortalama 0.19 dollar (0.32) manat təşkil edib . Bu da cari ildə qazın 10.5 faiz daha ucuz satıldığı deməkdir: "Hesabat dövrü ərzində Azərbaycan təbii qazın 1000 kubmetrini Türkiyəyə 137 dollara (230 manat), Gürcüstana 131 dollara (220 manat) satıb".

SOCAR-dan Azərbaycanın istehsal etdiyi qazı öz əhalisinə digər təchizatçı post-sovet ölkələri ilə müqayisədə daha baha satmasını mavi yanacağın maya dəyərinin yüksək olması ilə izah ediblər: "Həmin ölkələrdə qaz hasilatı, əsasən, quruda olur, bizdə isə hasilatın böyük hissəsi dənizdədir və bu, maya dəyərini yüksəldir".

N.Cəfərli
N.Cəfərli

"Problem orada düyünlənir"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda əhaliyə limitə qədər satılan qazın qiyməti hər kubmetr üçün 10 qəpik olduğuna görə xaricə satılan qazdan ucuzdur: "Ən ucuz satdığımız qaz Gürcüstanadır. Gürcüstan və Türkiyə bizim ən əsas qaz alıcılarımızdır və hər iki ölkə üçün qazın ortalama qiyməti hər kubmetrə görə 0.15 dollar (25 qəpik) civarındadır".

İqtisadçı deyir ki, Azərbaycanda əhali qaz limitini keçəndən sonra qiymət xaricə satılan qazın qiymətinə yaxınlaşır. Amma onun qeyd etməsinə görə, burada bir önəmli detal var ki, Gürcüstanda qaz paylayıcı şirkət də SOCAR-ın törəmə şirkətinin əlindədir. Onun sözlərinə görə, SOCAR-ın normal hesabatlılığı olmadığından törəmə şirkətləri gəlirlər, dövriyyə, satış həcmləri haqqında geniş məlumat vermir: "Halbuki dövlət şirkəti olduğuna görə onun törəmə şirkətləri normal hesabatlı olmalıdır, ictimaiyyətə məlumat verməlidir. Problem orada düyünlənir".

Təzə qaz sayğacları iki dəfə çox yazır? Camaat narazıdır
Gözlə

No media source currently available

0:00 0:05:35 0:00

"…Səmt qazı Azərbaycana pulsuz verilib"

N.Cəfərli qeyd edib ki, Azərbaycanda əhaliyə satılan qazla bağlı başqa problem var: "Azərbaycanda BP-nin operator olduğu beynəlxalq əməliyyat şirkəti uzun illərdir ki, səmt qazını Azərbaycana pulsuz verir. Bu ilin ilk 6 ayında 2 milyard kubmetrə yaxın səmt qazı Azərbaycana pulsuz verilib. Azərbaycan əhalisi il ərzində təqribən 4.5-5 milyard kubmetrə yaxın qaz istehlak edir. Bunun da təqribən 2.5-3 milyard kubmetr səmt qazını Azərbaycana pulsuz verirlər. Əgər Azərbaycan dövləti əvvəlcədən qərar qəbul edib bu pulsuz verilən qazın əhaliyə yönləndirilməsi ilə bağlı alqoritm qursaydı, o zaman əhaliyə satılan mavi yanacağın qiyməti kifayət qədər aşağı olardı".

XS
SM
MD
LG