Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:37

Azərbaycanın 'Şahdəniz'dən gəliri 10 dəfə artıb


"Şahdəniz" platforması
"Şahdəniz" platforması

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından gəlirləri 405 milyon 475 min ABŞ dolları təşkil edib.

Bu barədə mayın 5-də ARDNF məlumat yayıb.

Bu da illik müqayisədə 9.6 dəfə çoxdur. Ötən ilin analoji dövründə bu məbləğ 42 milyon 352 min ABŞ dolları olmuşdu.

Fondun "Şahdəniz" yatağı üzrə təkcə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.05.2022 tarixinə) isə 96 milyon 995 min dollar olub. Bu da, öz növbəsində, 2.3 dəfə artım deməkdir.

Ötən ilin son rübündən etibarən qazin qiyməti dünyada kəskin bahalaşıb. Bundan başqa, istehsalda da artım var.

Azərbaycanın qaz gəlirləri beynəlxalq şəffaflıq qruplarının diqqətinə düşür
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Qazın qiymətinin üç, gəlirin isə 10 dəfə artmasının səbəbləri…

Amma Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosuna bildirib ki, ötən illə müqayisədə istehsalda artım cəmi 18 faizdir: "Dörd ay ərzində gəlirlərin 10 dəfə artmasını yazsalar da, bunun başqa tərəfi var. Keçən ilin bu dövrlərində Gömrük Komitəsi qaz məsələsini, əsasən də "Şahdəniz" konsorsiumunun hasil etdiyi qaz məsələsini, demək olar ki, qeydə almırdı. Bu ildən başlayaraq Gömrük Komitəsi artıq ixrac həcmini, qiymətləri qeydə almağa başladı və artıq hətta ölkələr üzrə satılan qazın həcmlərini də açıqlayır".

Ekspert deyir ki, əslində isə Azərbaycan Avropaya 8.2 milyard kubmetr qaz satıb: "Bu ilin dörd ayında isə artıq 3.5 milyard kubmetr qaz satmışıq. Bu tempi saxlasaq, bu il 10 milyard kubmetrdən çox qaz Avropaya ixrac edəcəyik. Bu da o deməkdir ki, ötən illə müqayisədə bu il 2 milyard kubmetr çox qaz ixrac edəcəyik. Bu da elə həmin 18 faizdir".

Onun sözlərinə görə, digər tərəfdən, qaz qiymətlərinin artması da öz rolunu oynayıb: "Ötən ilin bu vaxtlarında qazın qiyməti bir kubmetrə görə 300 dollar idisə, indi biz İtaliyaya və Yunanıstana qazı 1000 dollardan bir az yuxarı qiymətə satırıq".

Xatırlama

"Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29.99%), LUKOIL (19.99%), TPAO (19%), SOCAR (14.35%), NICO (10%) və SGC (6.67%) şirkətləri iştirak edir.

XS
SM
MD
LG