Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:26

Azərbaycanla Ermənistanın sülh danışıqlarından gözləntilər…


Rusiya-Azərbaycan gərginliyi: Qarabağda nələr baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Rusiya-Azərbaycan gərginliyi: Qarabağda nələr baş verir?

Bu günlər Qarabağdakı separatçı qurumun "Təhlükəsizlik şurası" Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək bu ölkənin hərbçilərinin həmin bölgədə sayını artırmağa çağırıb. Bunun ardınca da Ermənistan Azərbaycanı təcili danışıqlara çağırıb. Dünən, martın 29-da isə Azərbaycan Xarici İşlər Nazirliyi öz növbəsində vurğulayıb ki, "o zaman konkret addımlara keçmək zamanıdır".

E.Məmmədov
E.Məmmədov

"Əksinə, onların tezliklə ərazimizdən çıxıb getməsi…"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, Rusiyanın hərbi qüvvəsinin Qarabağ bölgəsində artırılmasına ehtiyac yoxdur: "Əksinə, onların tezliklə ərazimizdən çıxıb getməsi Azərbaycanla Ermənistan arasında sülhün daha tez bağlanmasına səbəb ola bilər".

Deputatın fikrincə, nə qədər ki, Rusiyanın hərbi kontingenti bu ərazidədir, müxtəlif bəhanələrlə, təxribatlarla sülhün olmasına imkan verilməyəcək: "Bu ərazidə gərginliyin qalması onlara lazımdır ki, onlar daima Azərbaycan və Ermənistanı təsir altında saxlasınlar".

Fərrux kəndindən ziddiyyətli xəbərlər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

"Bəlkə də ərazimizdə 7-8 mindən ibarət Rusiya…"

Onun sözlərinə görə, 10 noyabr razılaşmasına əsasən, Rusiya hərbi kontingentinin sayı 1 min 960 nəfər olmalı idi: "Amma daxil olduqları gündən bu günə qədər xidmət və tibbi personal, Fövqəladə Hallar Nazirliyi adı ilə, bəlkə də, ərazimizdə Rusiyanın 7-8 mindən ibarət ordusu mövcuddur. O sənəddə göstərilən hərbi texnikanın sayından və növlərindən, bəlkə də, beş dəfə artıq bu gün onlar ərazimizə hərbi texnika gətiriblər".

E.Məmmədov hesab edir ki, son halda, 1992-ci ildə olduğu kimi, Xocalı faciəsi törənə bilər: "Sonda bunların da həmin hərəkəti etməyini mən gözləyirəm. Texnikaları, hərbi sursatı verəcəklər, yenə də Azərbaycana problem yarada bilərlər".

E.Şahinoğlu
E.Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Rusiya sülhməramlılarının sayının artırılması mümkün deyil: "Çünki tərəflərdən biri bunu istəmirsə, Rusiya həmin hərbçilərinin sayını artıra bilməz. 10 noyabr bəyanatında onların sayı 1 min 960 nəfər göstərilib".

Ekspertə görə, həmin hərbçilər ərazinin bütün perimetrində yerləşə bilmir və bölgədəki ermənilər bundan narahatdır: "Çünki Azərbaycan istənilən an antiterror əməliyyatını həyata keçirə bilər".

"Ermənistan rəsmiləri sülh sazişi dedikdə…"

O da xatırladıb ki, Ermənistan rəsmiləri son günlər Azərbaycanla sülh anlaşılması ilə bağlı danışıqlara başlamağa hazır olduqlarını bildiriblər: "Amma Ermənistan rəsmiləri və Baş naziri Nikol Paşinyan sülh sazişi dedikdə Qarabağı ayrı tuturlar. Bu, mümkün deyil. Sülh sazişi o deməkdir ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır. Azərbaycan tələb edir ki, sazişdə tərəflərin bir-birinə ərazi iddiasının olmaması ilə bağlı bənd olmalıdır".

Erməni kəndlilər: 'Azərbaycan əsgərləri 1 kilometr ərazimizə girib'
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

E.Şahinoğlunun fikrincə, Ermənistan burada piar məqsədi güdür: "Beynəlxalq aləmə göstərmək istəyir ki, guya Ermənistan sülhə hazırdır, amma Azərbaycan bundan qaçır".

"İkinci cəbhəni açmağa onun gücü çatmaz"

Politoloq qeyd edib ki, belə vəziyyətdə Azərbaycan tərəfi Ermənistanı danışıqlara çəkməlidir: "Rusiyanın da bu prosesə mane olacağını zənn etmirəm. Çünki Rusiya indi Ukraynada işğalçı müharibə aparır, resursları tükənir və Cənubi Qafqazda ikinci cəbhəni açmağa onun gücü çatmaz".

Yazıda səslənən bu fikirlərə Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

M.Boçarnikov
M.Boçarnikov

Səfir: "Rusiya Azərbaycan və Ermənistanın…"

Amma APA agentliyinin xəbərinə görə, martın 30-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün uyğun şərait yaradılmalıdır. Səfirin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır.

Azərbaycan bundan öncə Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı. Orada dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasından söhbət gedirdi. Habelə, sərhədlərin müəyyən edilməsi, nəqliyyat və kommunikasiyaların açılışından bəhs edilirdi.

Ermənistan isə, öz növbəsində, bunun cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG