Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:29

'Azərbaycanın tamamında iqtisadi güzəştlərin olması daha məntiqlidir'


O nə oliqarxdı, nə də məmur...
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

O nə oliqarxdı, nə də məmur...

Prezident İlham Əliyev dekabrın 10-da işğaldan azad edilən ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Nazirlər Kabinetinə tapşırıb ki, həmin ərazilərdə istehsalla məşğul sahibkarlar üçün xammal və materialların idxalına görə gömrük, vergi güzəştlərinin tətbiqi ilə bağlı təkliflərini versin. Habelə, orada sahibkarlara kommunal xidmətlər üzrə də güzəştlər edilməlidir.

Ölkədə sahibkarlar arasında rəqabət varmı və digər bölgələrdəki vəziyyət baxımından bu sərəncamı necə dəyərləndirmək olar?

4 ildir Sumqayıtda 66 sahibkar mülkünü geri ala bilmir
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Dövlət Vergi Xidmətindən "Turan"a bildirilib ki, sərəncam həmin ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılmasına səbəb olacaq.

"Vergi 23.1 faiz artıb"

Qurumdan qeyd olunub ki, ölkədə fəaliyyət göstərən bütün sahibkarlar üçün eyni şərait yaradılıb. Vurğulanıb ki, regionlarda iqtisadi aktivlik və vergi daxilolmaları artıb: "2018-ci illə müqayisədə 2020-ci ildə regionlardan vergi daxilolmaları 23.1 faiz artıb. Eyni zamanda, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulundan əvvəlki 2003-cü illə müqayisədə 2020-ci ildə regionlar üzrə vergi daxilolmaları 23.2 dəfəyə yaxın artıb".

N.Cəfərli
N.Cəfərli

"Bu yol böyük ölkələrə aiddir"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın bir çox bölgələrində sənaye parklarının yaradılması, onların rezidentlərinə xüsusi güzəştlərin tətbiqi ilk dəfə baş vermir: "Bu, bundan öncə də olub, amma biz bunun ciddi effektini görmədik. Çünki ərazisi kiçik olan ölkələrdə ərazinin bir hissəsində xüsusi iqtisadi üstünlüklərin yaradılması doğru yol deyil".

İqtisadçı hesab edir ki, bu yol böyük ölkələrə aiddir: "Məsələn, Rusiyada elə regionlar var ki, insanlar ora köçmək istəmir. Orada torpaq verilir, vergi güzəştləri tətbiq olunur. Bu, ABŞ-da da dəfələrlə tətbiq edilmişdi. Amma onlar ərazi baxımından böyük ölkələrdir və orada bu, effekt verir. Azərbaycanda isə ölkənin tamamında iqtisadi güzəştlərin olması daha məntiqlidir. Çünki biz istehsalın artımını, ölkənin öz-özünü təmin etməsini istəyirik".

Şuşada biznes qurmaq üçün nə lazımdı?
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

"Nə daxili, nə də xarici investor gələcək"

N.Cəfərlinin vurğulamasına görə, ölkənin bir hissəsində vergi güzəştlərinin tətbiq edilməsi balansın pozulmasına gətirib çıxara bilər. Onun fikrincə, güzəştlərdən yararlanmaq üçün şirkətlər azad olunmuş ərazilərdə qeydiyyatdan keçəcəklər, amma başqa bölgələrdə fəaliyyət göstərəcəklər: "Məhz ona görə də ölkəboyu bu qaydaların tətbiqi daha doğrudur. Amma burada əsas məsələlərdən biri illərdir davam edən problemdir – idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı qərarlar və məhkəmə sistemi. Bu məsələ qaydasına düşməsə, güzəştlərə baxmayaraq, nə daxili, nə də xarici investor gələcək".

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG