Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 22:24

Qarabağa ayrılan puldan bu xərclənib, bu qalıb...


Ağdam necə bərpa olunacaq? 'O armud ağacı da öz yerinə əkilməlidir'
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Ağdam necə bərpa olunacaq? 'O armud ağacı da öz yerinə əkilməlidir'

Bu ilin birinci yarısında dövlət büdcəsində Qarabağın yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin cəmi 16.9 faizi xərclənib.

Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan bu il sözügedən məqsədlə 2.2 milyard manat xərcləməyi planlaşdırsa da, yanvar-iyun aylarında 372.1 milyon manat sərf olunub. Bəs görəsən buna səbəb nədir?

R.Quliyev
R.Quliyev

"Yeddi dəfə ölç, bir dəfə biç"

Hələlik, bu suala hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Qarabağla bağlı hökumətin siyasəti "yeddi dəfə ölç, bir dəfə biç" prinsipinə söykənib: "Həmçinin "Ağıllı şəhər" və "Ağıllı kənd" yalnız layihə deyil. Bu, çox dəqiq detallaşdırılmasını, vizuallaşdırılmasını tələb edir. Biz hər şeyə ehtiyatla yanaşırıq və hətta ən xırda səhvlər belə buraxmaq istəmirik. Hansılar ki, 2000-ci illərdən Azərbaycanda başlamış nəhəng inşaat zamanı buraxılıb".

Komitə üzvü qeyd edib ki, o vaxt yeni tikilən yollar çökürdü, binaların üzlənməsi qaydalara uyğun aparılmırdı: "Çox şey olurdu. Təzə açılmış və beşulduzlu otelə bənzəyən müəssisələr iki-üç ay işləyib bağlanırdı. Bizə isə bu gün qənaətli, gəlir gətirən iqtisadiyyat lazımdır. Bizdə bu gün intensiv inkişaf var. Üstəlik də, Qarabağın bərpasında dünyanın ən müasir texnologiyalardan istifadə olunur".

Raket dağıtmış şəhərlərin bərpası kimləri varlandırır?
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

R.Quliyevin fikrincə, bu məsələdə heç bir tələskənliyə yol vermək lazım deyil: "Fikrimcə, ilin axırına kimi bütün bu ayrılmış vəsaitlər xərclənməyəcək. Yalnız infrastrukturun bərpası üçün – yolların tikilməsinə, qaz, su və işıq xətlərinin çəkilməsinə ayrılmış vəsaitlər xərclənəcək".

"Pis ənənə var"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda ayrılmış vəsaitlərin işlədilməsinin ilin ikinci yarısına təsadüf etməsi kimi pis ənənə var: "Bu da həm də onunla bağlıdır ki, ilin birinci yarısında sənədləşmə işlər ləng aparılır və qanunla əgər büdcədən ayrılmış vəsaitlər xərclənmirsə, onlar ilin axırında büdcəyə qaytarılmalıdır. Ona görə də ilin axırında, xüsusən noyabr-dekabr aylarında biz dövlət orqanlarının iri məbləğləri xərcləməsinin şahidi olacağıq".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı deyir ki, bu il büdcədən ayrılmış vəsaitin tam bölgüsü mart ayında başa çatdı: "Vəsaitlərin ayrılması mart ayından sonra başlanıldı və aprel-iyul aylarında işlərin aparılmasına start verildi. Avqust ayından başlayaraq vəsaitlərin daha sürətlə xərclənməsini görəcəyik".

N.Cəfərlinin fikrincə, burada ən əsas problemlərindən biri şəffaflıq məsələsidir: "Vəsaitlərin hansı layihələrə ayrıldığı, hansı şirkətlərin və ya subpodratçı şirkətlərin həyata keçirdiyi aydın deyil".

Xatırlatma

2020-ci ildə Azərbaycan 44 günlük müharibədə Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG