Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 06:22

Polis əməkdaşı idarədən silah oğurlamaqda suçlanır


Pistolet. Foto arxiv
Pistolet. Foto arxiv

Polis idarəsindəki "Zəfər K" tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsindən gələn yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var. Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində həm Musa Allahverdiyev, həm də Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanıb. O vaxtdan da onların hər ikisi həbsdədir. Sabiq polis işçilərinə CM-in 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.

Çantada başqa nələr olub

Cinayət işinin materiallarında iddia olunur ki, Allahverdiyev polis idarəsinin növbətçi hissəsindəki saxlanc yerindən silahı götürüb, dostu Mustafayevgilin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə, qandal, dəyənək və s. də var imiş.

Allahverdiyev deyib ki, pula ehtiyacı olduğu üçün silahı götürüb və onu satmaq istəyib. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu xəbərsiz idi, ona bu haqda heç nə deməmişdi.

Mustafayev özü də sözügedən silahın oğurlanmasında, gizlədilməsində özünü təqsirli bilmir. O bildirib ki, Allahverdiyevin işdən tapança götürməsindən, onu satmaq istəməsindən və bağa gətirdiyi çantada gizlətməsindən məlumatı olmayıb.

Adları çəkilən keçmiş polislər hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurlar. Onlara ittiham verilən maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"İş rejimi həddindən artıq ağır idi"

2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək sərəncama göndərilib. Apreldə silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.

Rzayev deyir ki, silahın yoxa çıxması məsələsinin üstü açılandan sonra dəfələrlə əməkdaşlara müraciət olunub. Təklif edilib ki, kim götürübsə, gizlicə də olsa, gətirib yerinə qoysun: "Çünki ora başqa adamların giriş imkanı yox idi. Pandemiya dövrü idi, üstəlik, müharibə də başladı, iş rejimi həddindən artıq ağır idi. Ona görə silahların mütəmadi sayılması kimi işlərə bəzən imkan olmurdu. Bu baxımdan, bilməmişdik ki, nə vaxt yoxa çıxıb. 29 dekabrda silahlarla bağlı qeydiyyat aparanda biri çatmadı...".

Məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG