Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Seçki günü Qazaxıstanda kütləvi həbslər olub (Video)


Alma-atıda etirazçılar saxlanır, 9 iyun, 2019
Alma-atıda etirazçılar saxlanır, 9 iyun, 2019

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, yerli vaxtla saat 14-dək seçkidə 50 faizdən artıq seçici iştirak edib.

Son məlumatlara görə seçki günü ölkədə yüzlərlə etirazçı saxlanıb.

Təkcə Alma-atı şəhərində 100-dək aksiyaçının saxlandığı bildirilir,. Həmçinin paytaxt Astanada yüzə yaxın etirazçı saxlanıb. Astananın mərkəzində keçirilən aksiyada azı 500 nəfər iştirak edib.

Saxlananlar arasında jurnalistlər də olub, amma az sonra onların bir qismi buraxılıb.

Qazaxıstanda seçki günü yüzlərlə etirazçı saxlanıb
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

--

Iyunun 9-da Qazaxıstanda prezident seçkisi keçirilir.

Ölkənin müstəqillik tarixində ilk dəfədir ki, keçmiş prezident Nursultan Nazarbayev seçkidə mübarizə aparmır.

Seçki günü küçələrdə etiraz aksiyaları və həbslər müşahidə olunur.

AzadlıqRadiosu Qazaxıstan xidmətinin məlumatına görə, təkcə keçmiş paytaxt Alma-atının mərkəzində 100-ə yaxın etirazçı saxlanıb.

Onlar seçkini bayot etməyə çağıran şüarlar səsləndirirmişlər.

Məlumata görə, AzadlıqRadiosunun müxbiri Pyotr Trotsenko da saxlananlar arasındadır.

Etiraz aksiyaları “Tokayev mənim prezidentim deyil” şüarı altında keçirilir.

Aksiyaçılar bildirirlər ki, seçki ədalətli və azad olmayacaq.

Mərkəzi seçki komissiyasının məlumatına görə,yerli vaxla saat 12-dək seçkidə təxminən 35 faiz seçici iştirak edib.

78 yaşlı Nursultan Nazarbayev bu ilin martında istefaya getsə də ölkədə böyük nüfuza malik olan Təhlükəsizlik Şurasının sədri kimi qalıb. Bundan başqa o ömürlük "millətin atası" hesab olunur.

Nazarbayevin hakim "Nur otan" partiyası müvəqqəti prezident və parlamentin yuxarı palatasının keçmiş sədri Qasym-Zhomart Toqaev-in prezidentliyə namizədliyini irəli sürüb.

O seçkinin favoriti hesab olunur. Ümumilikdə prezidentlik uğrunda 7 namizəd mübarizə aparır.

Nazarbayevin qızı Dariqa Nazarbayeva isə atasının istefasından dərhal sonra parlamentin sədri seçilib.

XS
SM
MD
LG