Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:27

Nazirliyin qarşısında etiraz


Bakıda aksiya. 19 noyabr 2021
Bakıda aksiya. 19 noyabr 2021

Bu gün, noyabrın 19-da 20-dən çox adam Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlardan bəziləri pensiya və əlilliklə bağlı lazımı sənəd ala bilmədiklərinə etiraz etdiklərini söyləyiblər.

1993-cü ildə qardaşının müharibədə həlak olduğunu söyləyən bir xanımı şikayətindən sonra polislər nazirliyə aparıblar. Oxşar situasiya ikinci bir xanımla da yaşanıb.

"Mən şəkər xəstəsiyəm, sentyabrın 8-dən pensiyam kəsilib"

Aksiya iştirakçılarından Sumqayıt sakini Elmira Bədəlova isə 13 il pensiya alsa da, sonradan kəsildiyini deyib: "Mən şəkər xəstəsiyəm, sentyabrın 8-dən pensiyam kəsilib, Topçubaşov adına Xəstəxanaya getmişdim, hələ növbəyə yazıblar. Pensiyamın kəsilməsini onunla izah edirlər ki, sistem işləmir. Necə oldu, sistem sentyabrın 8-də gördü və pensiyamı kəsdi?".

Bundan sonra polislər E.Bədəlovanı qəbul şöbəsinə apardıqlarını bildiriblər.

Başqa bir xanım isə pensiya yaşının aşağı salınması tələbini səsləndirib. Tədbirdə etiraz edənləri polis saxlayan zaman "İlham Əliyevə istefa" şüarı səsləndiriblər.

DİN-dən açıqlama

Ancaq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti saxlananların olmadığı barədə məlumat yayıb. DİN bildirib ki, bu gün, noyabrın 19-da saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar nazirliyin önünə toplaşıb: "Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur".

Əlillik niyə kütləvi ləğv olunur?
Gözlə

No media source currently available

0:00 0:06:10 0:00

Rəsmi izah...

Aksiyada səslənən fikirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət almaq mümkün olmayıb. Lakin bu nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi bu gün, noyabrın 19-da keçirdiyi brifinqdə sosial şəbəkələrdə 200 min şəxsin əlilliyinin ləğv edilməsi və pensiyalarının kəsilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. Agentliyin sədri Anar Bayramov yayılan məlumatların tamamilə əsassız, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər olduğunu vurğulayıb: "Əlilliyə görə sosial ödənişin kəsilməsi heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini toplamalıdır".

Xatırlatma

2017-ci ildə Milli Məclisdə "Əmək pensiyaları haqqında" Qanunda da dəyişikliklər edilib. Dəyişikliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı mərhələlərlə 65-ə qaldırılır. Əvvəllər qadınlarda bu, 60, kişilərdə isə 63 yaş idi.

XS
SM
MD
LG