Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

Neft bahalaşdı, manata qənaət unuduldumu?


Dollar
Dollar

Gəncə şəhərində bir neçə gün öncə yol kənarında əkilən həmişəyaşıl ağacların çıxarılması ilə bağlı görüntülər yayılıb. İddia olunur ki, həmin ağaclar Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə səfəriylə bağlı öncədən əkilib, daha sonra isə çıxarılıb.

Şəhər İcra Hakimiyyətindən Qafqazinfo-ya bildirib ki, ağacların əkilməsi və indi çıxarılması səfərlə bağlı deyil: "…Mütəxəssislər baxış keçirdilər və qərar verdilər ki, burada ağaclar əmələ gəlməyəcək. Orada torpaq səthinin altının daşlıq olduğu məlum oldu. Əvvəl hesab edirdilər ki, bəlkə tutar. Amma üstü torpaq olsa da, alt hissə daş olduğuna görə ağacların quruya biləcəyinə qərar verildi".

2015-ci ildə neft kəskin ucuzlaşanda Azərbaycanda rəsmilər belə etiraf etdilər ki, neft pullarından səmərəli istifadə edilməyib. İndi də həmin hallar təkrarlanırmı?

Prezident: "Hər manata qənaət etməliyik"

Ötən il iyulun 22-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıb: "Bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik".

Maliyyə Nazirliyindən də "Turan"a bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti 2021-ci ilin birinci yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Məlumata görə, 693.5 min manat artıq və əsassız ödənişlər aşkar olunub: "Onlardan 173.2 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib…".

Müsadirə olunan pullar dövlət büdcəsinə qayıdırmı?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

"76 vəzifəli şəxsə…"

Vurğulanıb ki, vətəndaş müraciətlərinə əsasən isə altı qurumda zəruri araşdırmalar aparılıb: "Cəmi 43.9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib".

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə uyğun 76 vəzifəli şəxsə 54.4 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Qaldırılan sualla bağlı, hələlik, Hesablama Palatası ilə isə danışmaq mümkün olmayıb.

"Heç nə dəyişməyib"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, sözügedən məsələdə heç nə dəyişməyib: "Ritorik olaraq prezident və digər məmurların çıxışları olmuşdu ki, iqtisadi resurslardan səmərəli istifadə etmək lazımdır. Amma bu, yaxşı bir arzudan o tərəfə keçmədi".

N.Cəfərli
N.Cəfərli

Onun sözlərinə görə, resurslardan səmərəli istifadənin bəlli yolları var: "Bu, ictimai, media və parlament nəzarəti, Hesablama Palatasının ciddi fəaliyyətidir".

N.Cəfərli deyir ki, hazırda vəsaitlər və dövlət büdcəsi artıb: "Büdcə artdıqca xərclər də çoxalır. Xərclər artdıqca buna nəzarət mexanizmi olmayanda qeyri-rasional xərclərin də artdığının şahidi oluruq".

İqtisadçı vurğulayıb ki, qanunvericiliyə görə, Hesablama Palatasının və Maliyyə Nazirliyinin hesabatları cinayət işlərinin açılmasına əsas yaradır: "Hətta mediada gedən xəbərlər belə bu əsası yaradır. Amma təəssüf ki, bu mexanizmlər işləmir".

Onun fikrincə, bu da məmurların daha rahat davranmasına səbəb olur.

Son bir ildə neftin qiymətində bahalaşma var.

XS
SM
MD
LG