Azərbaycanla Ermənistan Qarabağ münaqişəsinə görə 30 ilə yaxındır dövlət sərhədlərinin yekun demarkasiyasını aparmayıb. Ermənistanla sərhəddəki Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları isə erməni qüvvələrinin işğalı altında olduğundan bu rayonlarla Ermənistan arasında sərhəd olmayıb. Ermənistanın bu rayonlarla sərhəd bölgələrinin sakinləri Azərbaycanın varlığını yalnız noyabrında hımin bölgələrin azad olunmasından sonra görüblər. İndi Ermənistanın bu rayonlarla həmsədrhəd bölgələrinin əhalisi dövlət sərhədinin müəyyən olunması zamanı Azərbaycan əsgərləri ilə mübahisələrə girişirlər. Hələlik Bakıdan bu istiqamətdə rəsmi açıqlama verilməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, dövlət sərhədi SSRİ dönəmində bu iki respublika arasında sərhədlərə əsasən müəyyən edilir. AzadlıqRadiosunun erməni xidmətinin Laçınla sərhəddə - Ermənistanın Sünik Bölgəsinin Aravus kəndidə erməni sakinlərin dövlət sərhədi ərazisində Azərbaycan hərbçiləri ilə mübahisəsinə dair reportajı təqdim edirik.
Arxiv
-
Oktyabr 24, 2024
Səslə çirklənmiş Bakı - Çarə nədir?
-
Oktyabr 23, 2024
Bakıda sitrus meyvələri bahalaşıb, istehsalçılar isə şikayətçidirlər
-
Oktyabr 21, 2024
Tovuz sakini: 'Azərbaycanın öz minasına düşmüşəm'
-
Oktyabr 18, 2024
Müstəqillik Aktının müəlliflərindən biri danışır