Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 12:25

Komitə aksiya ilə bağlı açıqlama yayıb


Bakıda 20 oktyabr etiraz aksiyası
Bakıda 20 oktyabr etiraz aksiyası

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi oktyabrın 20-də Bakıda İstanbul Konvensiyasının imzalanması tələbi ilə keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, aksiyada həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səslənib.

“Hazırda bütün dünyada hər 3 qadından 1-i fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il zorakılıq səbəbindən 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir”, açıqlamada təəssüflə qeyd edilir.

Komitənin vurğulamasına görə, insan hüquq və azadlıqlarının müdafiəsi, zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin əsas prioritetləridir.

“Lanzarotta Konvensiyasının ratifikasiya edilməsi, İstanbul Konvensiyasının imzalanması və ratifikasiya edilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılmaqdadır. Prezident cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının Azərbaycanın müvafiq bəyənatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub” Komitə bildirir.

Komitə qeyd edir ki, İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi hökumətə təqdim olunub.

Bakıda “şiddətə son” tələbi ilə aksiya keçirilib
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Xatırlatma

Oktyabrın 20-də Bakının mərkəzində, Natəvanın heykəli önündə “şiddətə son”, “ şiddətə dözmə” kimi şüarlarla aksiya keçirilib.

Əllərində müxtəlif şüarlar yazılmış plakatlar olan aksiya iştirakçıları qadınlara qarşı zorakılığın əleyhinə olduqlarını bildiriblər.

Aksiya yerinə polislər gəlib. Onlar aksiya iştirakçılarının əlində olan plakatları alaraq cırıblar. Aksiya iştirakçılarından saxlanıb, sonra da buraxılanlar olub.

Aksyadan əvvəl yayılan bəyanatda da qeyd edilirdi ki, onlar Azərbaycanda baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara etiraz edirlər.

Bəyanatda habelə yazılıb ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər hüquq-mühafizə sistemində, digər dövlət strukturlarında da hakimdir.

“Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” imzalansın...”, bəyanatda yazılmışdı.

Polislər aksiyanın qarşısının alınmasını onun şəhər rəhbərliyi ilə razılşdırılmaması ilə izah ediblər.

XS
SM
MD
LG