Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:32

İki ermənistanlının məhkəməsi başlanır


İşxan Sarqsyan və Vladimir Rafaelyanın məhkəməsi
İşxan Sarqsyan və Vladimir Rafaelyanın məhkəməsi

Azərbaycanda həbsdə olan iki Ermənistan vətəndaşı - İşxan SarqsyanVladimir Rafaelyan dekabrın 17-də məhkəmə qarşısına çıxarılıb. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Bakıda - Sabunçu Rayon Məhkəməsində keçirilir.

Məhkəmənin hazırlıq iclasında hər iki təqsirləndirilən şüşə kabinədə əlləri qandallı vəziyyətdə saxlanıb. Onlara dövlət hesabına təyin edilmiş vəkil buna etiraz edib, təqsirləndirilən şəxslərin qandallarının açılmasını istəyib. Bu barədə vəsatət təmin edilib.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Sarqsyanın ali hərbi təhsili var, mühəndis-istehkamçı olub. Rafaelyan da mühəndis-istehkam üzrə ixtisaslaşmış hərbi qulluqçu olduğunu deyib.

Onlar haqqında cinayət işi üzrə ətraflı araşdırmalar dekabrın 24-də başlayacaq.

Adları çəkilən Ermənistan vətəndaşları CM-in 214.2.3 (silahdan istifadə etməklə terrorçuluq), 228 (qanunsuz silah əldə etmə, saxlama), 318 (Azərbaycan sərhədlərini qanunsuz keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər may ayında Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçərək Azərbaycan ərazisini minalayıblar. Təqsirləndirilən şəxslərin bu ittihama münasibəti məlum deyil.

Ermənistan tərəfi mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycan ərazisində saxlandığını təkzib edib. Həmin şəxslərin Azərbaycanla sərhəddə, Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyü bildirilib.

XS
SM
MD
LG