Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:29

'Azərbaycanda dövlət işsizləri qoruya bilmir'


Müharibə iştirakçısı 'qul bazarı'nda: 'Məcburam'
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Müharibə iştirakçısı 'qul bazarı'nda: 'Məcburam'

Ötən ilin martından Azərbaycanda koronavirus ilə bağlı tətbiq edilən karantin sərtləşdiriləndə işsiz və ya işi bağlanan şəxslərə 190 manat birdəfəlik ödəniş verildi. Rəsmi məlumata görə, həmin yardım 600 min nəfərə şamil olunub. Lakin həmin vaxt ölkədə işsizlərin sayının daha çox olması və müxtəlif səbəblərdən (adına pay torpağı, VÖEN olan, ailə başçılarından digəri müavinət alan və s.) onların bir çoxunun yardımdan kənar qalması ilə bağlı şikayətlər səsləndi.

Azərbaycan hazırda işsiz statusu almaq nə dərəcədə mümkündür? Hazırda nə qədər adam bu statusu alib?

Dövlət Statistika Komitəsindən (DSK) "Turan"a bildirilib ki, 2021-ci il noyabrın 1-nə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 299.8 min nəfərdir, onlardan 4 milyon 984.5 min nəfəri məşğuldur, 315.3 min nəfəri isə (5.9 faiz) işsizdir. Halbuki, DSK-nın açıqlamasına görə, ötən ay ölkədə rəsmən muzdla işləyənlərin sayı 1.7 milyondan belə az olub.

İş axtaran neftçi: 'SOCAR-ın qapısından içəri buraxmırlar'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Cəmi 12 min nəfər…

Dövlət Məşğulluq Agentliyindən də "Turan"a deyilib ki, işsiz və ya iş axtaran şəxs kimi elektron qaydada qeydiyyata durmaq mümkündür: "Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar… Onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir".

Hansı halda işaxtaran şəxs işsiz kimi qeydiyyata alınır?

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən tərəfindən işə qəbulundan imtina edildiyi halda, onun işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edilir. İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 aydan sonra müraciət etmək hüququna malikdir.

Agentlikdən əlavə olunub ki, bu ilin 10 ayında ümumilikdə 3 min 33 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib: "Ötən ildən ödənişi davam edənlər də daxil olmaqla, 12 min 164 nəfərə bu müddət ərzində sığorta ödənişi həyata keçirilib".

Bildirilib ki, 2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Q.İbadoğlu
Q.İbadoğlu

"İşsizlərə ödəniş 319.2 manatdan 340.5 manata çatdırılıb"

İqtisadçı Qubad İbadoğlunun isə AzadlıqRadiosuna bildirməsinə görə, işləyənlərin və işəgötürənlərin ödənişləri hesabına formalaşan İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün gəlirlərinin 23 milyon manat artırılıb 180 milyon manata çatdırılması nəzərdə tutulsa da, ondan işizlərin faydalanması imkanları məhduddur: "İşsizliyə görə sığorta ödənişləri 2020-ci ildə 10 milyon manat nəzərdə tutulsa da, onun 1.9 milyon manatı xərclənib. 2021-ci ildə 13 milyon manat nəzərdə tutulsa da, onun 8.5 milyon manatının xərclənməsi gözlənilir".

Onun sözlərinə görə, 2022-ci ildə işsizliyə görə sığorta ödənişləri üzrə təyinat 8.5 milyon manat proqnozlaşdırılır, bu da bütövlükdə Fondun xərclərinin 4.7 faizini təşkil edir: "Təqdim edilmiş məlumata əsasən, Fonddan 2020-ci ildə 5 min 951 nəfər işsizə cəmi 1.9 milyon manat ödənib, cari ildə 13 min 509 nəfərə 4.6 milyon manat vəsaitin sərf edilməsi gözlənir. İşsizliyə görə sığorta ödənişinin adambaşına düşən orta aylıq məbləği 2020-ci ildə 319.2 manat, cari ildə isə 340.5 manat təşkil edib".

Tələbələr üçün hansı iş yerləri var? - Ofisiant işləyən tələbə danışır
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

"Fondun heç 5 faizi də işsizlərə xərclənmir"

Q.İbadoğlu hesab edir ki, bununla da işsizlər yenə taleyin ümidinə buraxılıb: "Onların adı ilə yığılan və formalaşdırılan Fondun heç 5 faizi də işsizlərə sığorta üçün xərclənmir. Çünki işsizlik sığortası almaq üçün ya ixtisara düşməlisən, ya da ki, şirkət bağlanmalıdır".

Hüquqşünas Sübhan Həsənli isə AzadlıqRadiosuna bildirib ki, şəxsin məşğul və ya işsiz olması "Məşğulluq haqqında" Qanunla müəyyənləşdirilir: "Burada problem ondan ibarətdir ki, torpaq payı olan şəxsləri, vergi ödəyicisi olan, amma gəliri olmayanları da dövlət məşğul şəxs kimi tanıyır".

"0.5 faiz işsizlikdən sığorta haqqı kimi tutulur. Amma..."

Ekspert deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız "Məşğulluq" altsistemində qeydiyyatdan keçmiş şəxsləri işsiz hesab edir: "Orada qeydiyyatdan keçmək mümkündür. Amma, məsələn, əyani təhsil alanlar, sahibkarlar həmin altsistemdə qeydiyyatdan keçə bilməzlər, çünki "Məşğulluq haqqında" Qanunun 4-cü maddəsinə əsasən, məşğul şəxs hesab edilirlər. Amma adamın VÖEN-in olması onun gəlirinin olması anlamına gəlmir".

Onun fikrincə, Azərbaycanda dövlət işsizləri qoruya bilmir: "Hər işləyən şəxsdən əməkhaqqının 0.5 faizi işsizlikdən sığorta haqqı kimi tutulur. Amma əmək müqaviləsi 1 illikdirsə və uzadılmayıbsa, işçi bu ödənişləri edibsə də, sığortanı ala bilməyəcək. Çünki sığortanı almaq üçün şəxsin sığorta stajı olmalıdır və 24 ay bu staj ardıcıl olmalıdır".

XS
SM
MD
LG