Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:36

İş yerlərini tam rəsmiləşdirmək nədən müşküldür?


Kuryerlər tətil yoluyla nəyə nail ola bilər? – 1 May-Əmək günü
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Kuryerlər tətil yoluyla nəyə nail ola bilər? – 1 May-Əmək günü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında yazıb ki, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması" və şəffaflıq tədbirləri nəticəsində əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691.9 minə çatıb.

2022-ci il aprelin 1-i Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 307.1 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, onlardan 4 milyon 991.7 min nəfərini məşğul əhali təşkil edib.

Başqa tərəfdən rəsmilər iddia edirlər ki, Azərbaycanda işsizliyin sayı 6 faiz civarındadır. Onda belə çıxır ki, milyonlarla insan Azərbaycanda hələ də əmək müqaviləsi olmadan işləyir.

'Deyirlər işə yalnız cavan qız götürürük, bizə qoca lazım deyil'
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

400 min artım

DSK-dan habelə bildirilib ki, 2022-ci il aprelin 1-i ölkə iqtisadiyyatında muzdla çalışanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 min nəfər artaraq 1 milyon 702.8 min nəfər olub: "Onlardan 905 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797.8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də "Turan"a deyilib ki, son üç-dörd il ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 400 min artaraq 1.7 milyona çatıb.

"İşəgötürən həm də stimullaşdırılır"

Nazirlikdən vurğulanıb ki, əmək münasibətləri sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi işləri davam edəcək: "İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişiklik də əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiqini nəzərdə tutur...".

Qurum dəyişiklikləri belə izah edir: "Əmək qanunvericiliyinin tələblərinin pozulması halına yol vermiş işəgötürən müəyyən edilmiş müddətdə bu halı aradan qaldırdıqda bəzi cərimələri ödəməkdən azad edilir. Bununla işəgötürən həm də pozuntunu qısa müddətdə aradan qaldırmağa stimullaşdırılır".

R.Həsənov
R.Həsənov

İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, hökumət Azərbaycanda 5.3 milyon iqtisadi fəal əhalinin 4.9 milyonunu məşğul hesab edir: "Bura hətta ali təhsili almaq da daxildir. Şəxsin kənd təsərrüfatı təyinatlı torpağı varsa, o da məşğul sayılır. Amma həmin torpağın kateqoriyası, yararlılığı nəzərə alınmır".

"Hesablama Palatasının hesabatlarından…"

Ekspert deyir ki, yalnız iş axtaran, qeydiyyata düşənləri işsiz kimi qəbul edirlər: "Azərbaycan hökuməti daha çox bu statistikanı götürüb işsizlərin sayını açıqlayır".

R.Həsənovun sözlərinə görə, qanuni fəaliyyətlə məşğul olanların sayı ölkədə təxminən 2 milyona yaxındır: "Ölkədə 1 milyondan artıq VÖEN sahibi var. Amma Hesablama Palatasının hesabatlarından görmək olar ki, aktiv vergi ödəyicilərinin sayı 170-180 min nəfər ətrafındadır. Yəni VÖEN-in olması adamın aktiv məşğul olması demək deyil".

Ekspert daha sonra da xatırladıb: "Hökumətin özü deyir ki, minimum əməkhaqqı artırılanda özəl sektorda təxminən 400 min adam bundan faydalandı. Bu da o deməkdir ki, özəl sektorda çalışan təxminən 900 min nəfərin 40-50 faizinin əməkhaqqı minimum səviyyədədir. Bu da illeqal fəaliyyətin təzahürüdür". Onun vurğulamasına görə, qeyri-leqal fəaliyyətin iki forması var: "Onlardan biri əmək müqaviləsinin olmaması, digəri isə müqavilədə gəlirlərin düzgün göstərilməməsidir"

Səkkiz saatdan çox işlədilməkdən şikayətçisizsə, dövlət qurumları nə reaksiya verir?
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00

Səbəb…

R.Həsənovun fikrincə, rəsmiləşmədən qaçmanın əsas səbəbi qurulmuş sistemin mahiyyətindən qaynaqlanır: "Əməkhaqqı fondunun təxminən 30 faizi icbari dövlət sosial sığorta, tibbi sığorta, işsizliyə görə sığorta kimi ödənişlərə yönəlib. Nə qədər ki, hamı üçün şərtlərin bərabərləşdirilməsi mümkün olmayacaq və kimlərsə himayə olunacaq, biz bu problemin kökündən çıxa bilməyəcəyik".

XS
SM
MD
LG