İyulun 14-də İmişlidə "Azərsun Holdinq"in törəmə müəssisəsi - "Qida-aqro" MMC-də iş dayanıb, bütün işçilər müəssisənin qarşısına toplaşıblar. Burda çalışanların AzadlıqRadiosuna verdiyi məlumata görə, rəhbərlik dörd növbəli iş rejimindən üç növbəyə keçmək haqda qərar verib, buna görə də iş saatı artırılıb.
İşçilər iyulun 13-dən qərara etiraz olaraq işləmirlər.
Əraziyə polislər gətirilib. Rayon polis şöbəsinin rəisi də ordadır.
Hazırda etirazçılardan dörd nəfər nümayəndə zavod rəhbərliyi ilə danışıqdadır.