Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:29

Hökumətin antiinflyasiya planı uğurlu olacaqmı?


Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'

Yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə antiinflyasiya tədbirləri mövzusu gündəliyə gəlmişdi. Müşavirədə aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı barədə təkliflərini hökumətə təqdim etmək tapşırılmışdı.

Dövlət Statistika Komitəsinin məlumatlara görə 2021-ci ildə Azərbaycanda inflyasiya 6.7 faiz təşkil edib. Ərzaq məhsulları 8.1 faiz bahalaşıb. Amma müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. Onlardan Rəşad Həsənov deyib ki, ötən il inflyasiya təqribən 20 faiz civarında olub.

Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

"Hökumət hər şeyi edib"

Nazirlər Kabinetindən "Turan"a bildirilməsinə görə, indiyə qədər Azərbaycan hökuməti subsidiyalarla və güzəştli kreditlərlə çalışıb ki, əsas ərzaq məhsullarının qiyməti ilə bağlı istehlakçılara çətinlik yaranmasın: "İndiyə qədər ərzaqlıq buğdanın idxal qiymətinin artmasının mənfi təsirlərini azaltmaq üçün un istehsalçılarına 75 milyon manat subsidiya verilib. Bundan əlavə, ərzaqlıq buğdanı idxal edən şirkətlərə Mərkəzi Bankın ehtiyatları hesabına 118 milyon manat aşağı faizli kreditlər verilib. Yəni, hökumət hər şeyi edib".

Qurumdan qeyd olunub ki, inflyasiyanın mənbəyi xaricdədir: "Hətta ABŞ-da son həftədə inflyasiya 7 faizə qalxıb. Bu, 1982-ci ildən bəri ən yüksək inflyasiya göstəricisidir".

"Maya dəyərinin aşağı salınması..."

Vurğulanıb ki, sonsuza qədər subsidiyalaşdırma mümkün deyil və hökumət idxalı subsidiyalaşdırmaq əvəzinə istehsalı subsidiyalaşdırmaq qərarına gəlib. O da bildirilib ki, aidiyyəti qurumlar bir ay ərzində antiinflyasiya tədbirləri planını hazırlayıb təqdim edəcəklər: "Orada daha detallı qeyd olunacaq. Amma əsas tapşırıqlardan biri taxıl və buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin artırılmasıdır. Burada maya dəyərinin aşağı salınması, keyfiyyətin və istehsal həcminin artırılmasından söhbət gedir".

'Ətə pul çatmır, eləcə kartof qızardıb üstünə yumurta vururam'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

"Evcik-evcik oyunlarına oxşayır"

İqtisadçı Nemət Əliyev də AzadlıqRadiosuna bildirib ki, inflyasiya ilə bağlı rəsmi rəqəmlər həqiqəti əks etdirmir: "Belə olan şəraitdə antiinflyasiya tədbirlərinin həyata keçirilməsi aktualdır. Amma hökumətin davranışları evcik-evcik oyunlarına oxşayır. Ölkədə bilməyən yoxdur ki, hazırkı bahalaşmanın katalizatoru elə hökumətin özüdür".

Onun sözlərinə görə, ötən il enerjidaşıyıcılar və digər qiymətləri tənzimlənən məhsullar əhəmiyyətli dərəcədə bahalaşdırılıb: "Halbuki, əhali üçün vacib malların qiymətlərini sabit saxlamaq üçün resursları var idi, amma hökumət ucdantutma bahalaşma siyasətini seçdi və bunun iştirakçısı oldu. Əhalinin həyat səviyyəsini baltalayandan sonra antiinflyasiya tədbirləri keçirmək həvəsinə düşüblər".

İqtisadçı deyir ki, hökumət mövcud qiymətləri aşağı sala bilməyəcək: "Bu antiinflyasiya tədbirləri növbəti bahalaşma tempini aşağı sala bilər. Amma qısa vaxtda bu alınmayacaq".

Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

"Ölkənin ən varlı adamları - məmurlar belə…"

N.Əliyev iqtisadi artım (5.6 faiz) haqqında deyilənləri inandırıcı saymır. Onun sözlərinə görə, yerli istehsalın artırılması ideyası qulağa xoş gələn fikir olsa da, qısa bir zamanda nəticə gözləməyə dəyməz: "Çünki bu tədbirlər yatırımlar tələb edir. Amma ölkədə elə bir əlverişsiz mühit var ki, heç kəs bura yatırım etmək istəməz. Ölkənin ən varlı adamları, yəni məmurlar belə öz pullarını xaricə daşıyır. Burada niyə yatırım etmir? Çünki bilirlər ki, gec-tez bütün bu pulları onların əlindən alacaqlar".

O hesab edir ki, hazırki vəziyyətdə hökumət əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görməlidir: "Əmək haqları, pensiyalar, sosial ödənişlər artırılmalıdır ki, mövcud vəziyyətdə insanlar yaşaya bilsin".

XS
SM
MD
LG