Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Hesabat: Azərbaycanda uşaqların vəziyyəti Gürcüstan və Ermənistanda olduğundan pisdir


Amerikaya viza alanda sosial şəbəkə hesabları da yoxlanacaq
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Amerikaya viza alanda sosial şəbəkə hesabları da yoxlanacaq

Böyük Britaniyada mənzillənən “Save the Children” təşkilatı 2019-cu il Qlobal Uşaqlıq Hesabatında bildirir ki, Azərbaycan Uşaqlığını Yaşaya Bilməyənlər indeksində 176 ölkə arasında 89-cu yerdədir.

Qonşu Ermənistan bu sırada təqribən 30 pillə irəlidir, Gürcüstanın 20 pillə.

Üstəlik, hesabata görə, Azərbaycanda uşaqların durumu 2000-ci ildən bəri pisləşib.

2019-cu il hesabatında, Azərbaycanın pis olan göstəricilərilərindən biri də uşaqların məktəbdən yayınmasıdır - 6.4.

Gürcüstanda bu göstərici daha aşağı - 2-dir. Regionda ən pis durum Ermənistandadır- bu ölkənin göstəricisi 7.1-dir.

Astaranın Sığəloni kəndində valideynlər deyirlər ki, bu kənddə 30-a qədər uşaq məktəbdən yayınır. Səbəb isə kənddə məktəbin olmaması, uşaqların 4 km uzaqda, Vaqo kəndinə möhtac olmasıdır. Valideynlər deyirlər ki, dağ kəndinin yolları pis olduğu üçün uşaqlar məktəbə getmir:

Valideynlərlə söhbət

“Uşaqlarda savad yoxdur. Müəllimlər də xəbər göndərirlər ki, uşaqlar dərsə gəlsin. Bu kənddə nə işıq yoxdur, nə də yol. Yağış yağanda yollar palçıq olur. Uşaq necə getsin qışda dərsə?! Bu uşaqlar bir gün də məktəbə getmir. Getdim rayona, “təhsil naziri” dedi ki, alim olmazlar ki… Ayda bir dəfə göndər məktəbə bəsdir. Üç ildir ki, bu uşaqlara heç bir təhsil verilmir. İki ildir uşağım qalıb”.

Məktəbli ilə söhbət

Sən məktəbə gedə bilirsən?

Yox

Lazım olan dərsləri öyrənə bilirsən?

Yox

Astara Təhsil Şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, valideynlər ona görə uşaqları məktəbə buraxmırlar ki, dövlət məcbur olub yolu təmir etdirsin.

Bəs Azərbaycanda nə qədər uşaq məktəbdən yayınır?

Bununla bağlı Təhsil Nazirliyinə zəng etsək də, gün ərzində telefon zənglərimizə cavab ala bilmədik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova deyir ki, Azərbaycanda təhsildən yanınan uşaqların rəsmi statistikası aparılmır.

Onun sözlərinə görə, belə uşaqların bir qismi erkən nikah bağlayır, bir qismi isə əməyə cəlb olunur. Aynur Veysəlova deyir ki, bu problem komitənin diqqətindədir.

“İlk növbədə valideynlər üçün maarifləndirici tədbirlər keçiririk ki, təhsil önəmlidir. Digər tərəfdən motivasiya çox önəmlidir. Uşaqların təhsilə marağının artırılması, təhsil müəssisəsində dərnəklərə və müxtəlif tədbirlərə cəlb edilməsi, olimpiadalara cəlb olunması üçün həm komitə tərəfindən, həm də aidiyyati qurumlar tərəfindən işlər görülür”.

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icracı direktoru Kəmalə Aşumova isə deyir ki, son zamanlar 1-ci sinfə sənəd qəbulu elektron formaya keçəndən sonra uşaqların məktəbdən yayınması halları artıb. Onun sözlərinə görə, bu sistemə görə valideynin öz yaşayış yeri olmalıdır, hətta valideyndən tələb olunur ki, sistemə məişət sayğacının kodu daxil edilsin, bu da kirayədə yaşayanlar üçün çətinlik yaradır:

“Bir qisim ailə kirayədə yaşayır. Bizə məlumat daxil olur ki, kirayədə qalan insanlar övladlarını təhsilə yönəldə bilmirlər, elektron-onlayn qeydiyyatdan keçə bilmirlər. Biz Təhsil Nazirliyinə müraciət edirik və belə valideynlər üçün şərait yaradılır. Bəli, Təhsil Nazirliyinin dəstəyi ilə biz buna nail oluruq. Amma nə qədər adam bizə müraciət edir, nə qədər adamın uşaq qaynar xəttindən xəbəri var?!”

Bununla belə, Kəmalə Aşurova Save the Children hesabatı ilə razı deyil, bildirir ki, son illər uşaqların həyat tərzini yaxşılaşdırmaq üçün hökumət xeyli iş görüb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib. Onlardan soruşmuşuq ki, sizcə, hökumət uşaqların rifahı üçün nələr etməlidir?

Uşaqların rifahı üçün dövlət nə etməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Save the children təşkilatının hesabatında Azərbaycanın uşaq ölümü balı da aşağıdır - 23.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Aynur Veysəlova deyir ki, bu rəqəm qərəzlidir, uşaq ölümü Azərbaycanda yüksək deyil.

Hesabatda Azərbaycanın adı uşaq əməyinin azaldıldığı ölkələr sırasında çəkilir. Qeyd olunur ki, Azərbaycan, Belarus, Moldova və Ukrayna 5-14 yaşlılar arasında əmək göstəricisini 60 faizdən çox azaldıblar.

XS
SM
MD
LG