Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:23

Azərbaycanda hərbçilərə görə kompensasiya azdır?


'Qul bazarı'na çıxan müharibə iştirakçısı
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

'Qul bazarı'na çıxan müharibə iştirakçısı (Video arxiv)

Prezident İlham Əliyev martın 15-də Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib ki, ölkənin xarici dövlət borcu 7.4 milyard dollar təşkil edir: "Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik".

Baş nazir Əli Əsədov da parlamentdə hesabat verərkən qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları (53 milyard dollar) xarici borclarından 7 dəfə çoxdur.

Bəs hökumətin sosial siyasəti necə, qeyd edilən imkana adekvatdırmı? Yəni, Azərbaycanda əhalinin, xüsusilə də onun həssas təbəqələrinin sosial müdafiəsi necədir?

Gecəqondudan könüllü əsgər gedən kasıb balası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Azərbaycan və başqa ölkələr…

Bu ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra dünyanın bir çox ölkələri təhlükəsizlik tədbirlərini gücləndirir. Bütün bunlarla paralel sosial addımlar da atılır. Bu il fevralın 28-də Ukrayna hökuməti Rusiya ilə müharibədə iştiraka görə hərbçilərinin ailələrinə toplam 15 milyon qrivna (866 min manat) birdəfəlik yardımın verilməsi ilə bağlı qərar qəbul edib.

Martın 3-də Rusiya prezidenti Vladimir Putin də bəyan edib ki, Ukraynada həlak olan hər hərbçinin ailəsinə birdəfəlik 5 milyon rubl (74 min manat), yaralanıb xidmətə yararsız hər hərbçiyə isə 3 milyon rubl (45 min manat) kompensasiya veriləcək. Bundan əlavə, bu kateqoriyalara aid şəxslərə aylıq pul kompensasiyası da nəzərdə tutulur.

Azərbaycan isə iki il əvvəl müharibədən çıxıb. Bu ölkədə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 5-ci maddəsinə əsasən, həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat ödənilməsi nəzərdə tutulur. I dərəcəli əlilliyə görə 8 min 800 manat, II dərəcəli əlilliyə görə 6 min 600 manat, III dərəcəli əlilliyə görə 4 min 400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2 min 750 manat sığorta verilməlidir.

A.Abbas
A.Abbas

"Dövlətin maddi imkanlarını nəzərə almaq lazımdır"

Milli Məclisin deputatı Aqil Abbas "Turan"a bildirib ki, Azərbaycanda həlak olmuş hərbçilərinin ailələrinə əslində 25 min manat birdəfəlik kompensasiya verilir: "11 min dövlət, 10 min Heydər Əliyev Fondu və 4 min icra hakimiyyəti tərəfindən verilir".

Onun sözlərinə görə, istərdilər ki, onlara daha çox diqqət göstərilsin: "Amma nəzərə almaq lazımdır ki, biz müharibəni tək eləmişik, öz pulumuzla eləmişik, bizə pul verən olmayıb. İndi də işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparılır. Dövlətin maddi imkanlarını nəzərə almaq lazımdır".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, dövlətin götürüb xərclədiyi xarici borc, doğrudan da, azdır: "Xarici borcun hesablaması qaydaları bir az fərqlidir. Bizdə yalnız müqavilələrlə vəsaitləri alıb xərclədikləri vəsaitlər xarici borc sayılır. Hətta indi müqavilələr var ki, onların əsasında bu il kredit alınacaq, onlar xarici borca salınmayıb".

N.Cəfərli
N.Cəfərli

"Əlavə 7 milyard dollar daxil olacaq"

O qeyd edib ki, dövlət zəmanəti ilə alınan kreditlər xarici borc kimi qeydə alınmır: "Halbuki bu, doğru deyil. Bütün dünyada dövlət zəmanəti ilə alınmış kreditlərin hamısı dövlət borcu kimi qeydiyyata düşür. Bunları hesablasaq, 18-20 milyard dollar civarında rəqəm alınacaq".

Onun sözlərinə görə, Azərbaycan hökuməti kifayət qədər gözlənilməz böyük resurslar əldə edəcək: "Çünki ilboyu neftin qiyməti indiki səviyyələrdə qalsa, Azərbaycana əlavə olaraq təqribən 6.5-7 milyard dollar vəsait daxil olacaq. Bu, imkan verir ki, sosial proqramlara daha çox vəsait ayrılsın".

"Korrupsiya və nəzarətsizlik…"

N.Cəfərli hesab edir ki, büdcənin sosialyönümlü xərcləri az deyil: "Ümumilikdə götürəndə büdcənin 40 faizidir. Bizdə problem ondan ibarətdir ki, bu xərclərin effektiv idarə olunması, xərclənməsi, vətəndaşa birbaşa çatdırılması problemi var".

İqtisadçı qeyd edib ki, burada həm əməliyyat xərclərinin şişirdilməsi, həm də müəyyən korrupsiya və nəzarətsizlik rol oynayır: "Yəni, hətta indiki büdcədən ayrılan vəsaiti normal idarə etməklə əlavə vəsaitə ehtiyacı olmadan həm hərbçilərin, həm təqaüdçülərin ödənişlərini müəyyən qədər artırmaq mümkün idi".

XS
SM
MD
LG