“Henley Passport 2020” indeksinə görə, dünyanın ən güclü pasportlarının yeni siyahısı açıqlanıb.
Hesabat, Beynəlxalq Hava Nəqliyyatı Asosasiyasının xüsusi məlumatlarına əsaslanır.
Söhbət, hansı ölkələrin pasportu ilə digər ölkələrə vizasız gediş-gəlişdən gedir.
Yeni siyahıya yenə də Asiya ölkələri başda gedir.
Yaponiya 191 ölkəyə vizasız girişlə 3-cü ildir ki, dalbadal siyahıya liderlik edir.
Bundan sonra 190 balla Sinqapur 2-ci, 189 balla Almaniya 3-cü , 188 balla İtaliya və Finlandiya 4-cü, 187 balla isə Danimarka, Lüksünburq və Fransa 5-ci yerləri bölüşürlər.
Yeni siyahıda ABŞ-la İngiltərənin reytiqi azalmaqda davam edir.
Bu ölkələr siyahıda 8-ci yerdə qərarlaşırlar.
Azərbaycan pasportu yeni siyahıda 67 balla 76-cı sırada gəlir.
Onun qonşuları Gürcüstan 116 balla 53-cü, Ermənistan 62 balla 81-ci, İran isə 41 xalla 98-ci yerdə qərarlaşır.
Siyahıya sondan yenə də Əfqanıstan başçılıq edir.
Bu ölkənin vətəndaşları cəmi 26 ölkəyə vizasız gedə bilirlər.
Son beşliyə Əfqanıstan, İraq, Suriya, Somali və Pakistan daxildir.