Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:23

Əlilliyi olan şəxslərə Azərbaycanda əngəllər…


Qanun qüvvəyə minməmiş əlillik dərəcələri necə aşağı endirilir?
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Qanun qüvvəyə minməmiş əlillik dərəcələri necə aşağı endirilir?

Azərbaycan 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna qoşulub. Bundan 10 il sonra isə ölkədə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun qüvvəyə minib. Lakin Azərbaycanda əlilliyi olan şəxslərdən hələ də müxtəlif şikayətlər eşidilir…

"Araba ilə aşağı düşmək istəsəm, yıxılacam"

Əlilliyi olan Elçin Cəlilov AzadlıqRadiosuna bildirib ki, şəhərdə nəinki gəzmək, adi mağazaya, bərbərxanaya getmək problemlidir: "Adi marketə girəndə panduslar (bina yaxud qurğunun daxili və xaricində pilləkən əvəzinə düzəldilən maili müstəvi) olmadığına görə, oranın işçiləri arabanı qaldırıb içəri aparırlar. Həmin an mənə elə gəlir ki, arabadan yıxılacam. Yeraltı keçidlərdə isə panduslar elə quraşdırılıb ki, araba ilə aşağı düşmək istəsəm, mütləq yıxılacam".

Əlillər üçün 'cənnət'
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Bakı Nəqliyyat Agentliyindən "Turan"a bildirilib ki, son illər şəhər nəqliyyatında əlillərlə bağlı mühüm layihələr icra olunur.

"2021-ci ildə 26 küçə və prospektdə…"

Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun, Bakı Nəqliyyat Agentliyi panduslar inşa edir: "İndiyədək 180 küçə və prospektdə panduslar inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. 2021-ci ildə 26 küçə və prospektdə pandus inşa olunub".

Vurğulanıb ki, pandusların mailliyi səkilərə uyğun 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir: "Sosial baxımdan vacib hesab edilən digər bir layihə isə "ideal səki"dir. Bu layihə çərçivəsində səkilərdə hərəkətə maneə yaradan hallar tam olaraq aradan qaldırılır və səki boyunca görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən plitələr döşənir".

Əlil arabaları niyə tez sıradan çıxır?
Gözlə

No media source currently available

0:00 0:07:10 0:00

FİN-dən cavab

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə agentliyə bildirilib ki, binanın, qurğuların daxilində pandusların mailliyi 1:6, bayırda isə 1:8 olmalıdır: "Əlil arabalarında hərəkət edən əlilliyi olan şəxslərin hərəkət yollarında, həmçinin müalicə müəssisələrinin stasionarlarında pandusların maililiyi 1:10 - 1:12 olmalıdır. Tikilən binaların hamısında buna riayət olunmasına nəzarət olunur".

"Hökumət idarələrinə… gedə bilmirlər"

Amma "KekaMaps – Əngəlsiz Xəritə" təşəbbüsünün müəllifi Məhəmməd Kekalov da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda əlilliyi olan şəxslər üçün infrastruktur heç də ürəkaçan deyil: "Bu səbəbdən əlilliyi olan şəxslər hökumət idarələrinə, məktəblərə, xəstəxanalara gedə bilmirlər. Bununla da onların təhsil, səhiyyə hüququ pozulur".

Onun sözlərinə görə, əlillər ictimai nəqliyyatdan istifadə edə bilmirlər, taksi çağırırlar və bu onlar üçün əlavə xərcdir.

Azərbaycanda əlillərin ən ağrılı yeri
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

"Monitorinqlər aparmalıdırlar"

Hüquq müdafiəçisi deyir ki, yeraltı keçidlərdə, binalarda panduslar ya yoxdur, ya da standartlara uyğun deyil: "Buna nəzarət etməli olan dövlət orqanları buna məsuliyyətlə yanaşmırlar. Ona görə də qanunlar kağız üzərində qalır".

Hüquqşünas Sübhan Həsənli isə deyir ki, Nazirlər Kabinetinin qərarına əsasən, həmin məsələlərlə bağlı aidiyyəti qurumlar monitorinqlər aparmalıdırlar: "Lakin təəssüf ki, həmin monitorinqlər keçirilmir. Bu, həm Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinə, həm də yerli qanunvericiliyinə ziddir".

XS
SM
MD
LG