Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:38

Əli İnsanov: “Heç bir təhdid məni çəkindirə bilməz”


Əli İnsanov
Əli İnsanov

►İyunun 9-da Ali Məhkəmə keçmiş səhiyyə nazirinin kassasiya şikayətini təmin etməyib

İyunun 9-da Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxılıb. İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası sabiq nazirin şikayətini təmin etməyib.

Əli İnsanov bu qərarı alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyir.

"Heç bir məntiqə sığmayan, qanuna uyğun gəlməyən bu açıq-aşkar siyasi qərar Azərbaycanda məhkəmə sistemini qanundan kənarda qoyur. Hakimiyyət özünün imzaladığı beynəlxalq sənədləri və götürdüyü öhdəlikləri inadkarlıqla inkar etməklə Azərbaycana dünyada etibarsız tərəfdaş imici formalaşdırır. Mən hər zaman olduğu kimi, rahat və nikbinəm. Heç bir siyasi, hüquqi və fiziki təhdid məni mübarizədən çəkindirə bilməz. Ali Məhkəmənin bugünkü qərarını əldə edən kimi Avropa Məhkəməsinə təkrar şikayət verəcəm", – Əli İnsanov bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayətinə baxaraq, ona münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu təsdiqləyib. Azərbaycan hökumətinin üzərinə buna görə Əli İnsanova kompensasiya ödəmək öhdəliyi qoyub.

Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü ilin noyabrında Əli İnsanovun işinə yenidən baxıb. Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu instansiya bir daha Əli İnsanov barədə hökmü qüvvədə saxlayıb. Keçmiş nazirin vəkilləri Ali Məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin bu qərarından 2015-ci ilin mayında Ali Məhkəməyə şikayət vermişdi.

Buna da bax: Əli İnsanov: İlham Əliyev cavab verəcək

XS
SM
MD
LG