Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 08:39

Əyalətlərə milyardlar ayrılıb, insanlar Bakıya axışır…


Qeyri-rəsmi hesablamalara görə, Bakı əhalisinin sayı 4 milyonu keçib. (Foto arxiv)
Qeyri-rəsmi hesablamalara görə, Bakı əhalisinin sayı 4 milyonu keçib. (Foto arxiv)

Yeni dərs ilinin başlaması və payız fəslinin gəlişi ilə Bakı sakinlərinin yolların, nəqliyyatın yüklənməsindən şikayətləri artır. Ekspertlər bunu həm yol infrastrukturunun düzgün qurulmaması, həm də paytaxtın həddindən artıq çox yüklənməsi ilə əlaqələndirirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlinə Bakı əhalisinin sayı 2 milyon 300.5 min nəfər təşkil edib. Bu, illik ifadədə 0.3 faiz çoxdur. Paytaxt üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 1 min 75 nəfərdir. Müqayisə üçün, Lənkəranda bu göstərici 157 nəfərdir. Qeyri-rəsmi hesablamalara görə isə, əslində Bakı əhalisinin sayı 4 milyonu keçib.

Bəs əyalətlərdən insanları Bakıya üz tutmağa nə vadar edir? 2004-cü ildən regionların inkişafına dair dövlət proqramlarına rəsmilər milyardlarla manat sərf edildiyini iddia edirlər. Üstəlik, yollarda tıxacların yaranmasının səbəbi tək insan sıxlığıdırmı?

'Qul bazarı' genişlənir, fəhlənin əməkhaqqı azalır
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

"Hər gün gəlir və axşam qayıdırlar"

Azərbaycan Memarlar İttifaqından "Turan"a bildirilib ki, Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir: "Gələnlər, adətən, yaxın ərazilərin sakinləridir. Bunlar sürücülər, xidmət sahələrində işləyən, aşağı təminatlı işlərdə çalışan adamlardır. Onlar hər gün gəlir və axşam qayıdırlar".

Qurumdan hesab edirlər ki, bu, təbiidir: "Dünyada elə paytaxt yoxdur ki, bu problemlə rastlaşmasın və elə bir ölkə yoxdur ki, bu problemin qarşısını ala bilsin. Azərbaycanda üç böyük şəhər var - Bakı, Gəncə və Sumqayıt. Üçünə də çox böyük axın var. Bu üç şəhərdə inkişaf daha sürətlə gedir və insanlar da öz tələbatlarını təmin etmək üçün bu şəhərlərə üz tuturlar".

Bakı sakini ödəniş terminallı dayanacaq üçün 3-6 km arası məsafə getməlidir
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

"Bütövlükdə nəqliyyat sistemi problemdir"

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə isə, bu məsələlərə yol təsərrüfatının da təsiri var: "Nəqliyyat özü bir sistemdir – sürücü, yol infrastrukturu və nəqliyyat vasitəsi. Bunlardan biri problemlə üzləşirsə, bu, avtomatik digərlərinə də təsir edir".

Ekspert deyir ki, sürücülərin əksəriyyəti peşəkar deyil: "Nəqliyyat vasitələrinə gəlincə isə, Azərbaycanda onların 40 faizi köhnədir. Deməli, bizdə bütövlükdə nəqliyyat sistemi problemdir".

"Cərimə gətirən nişandan hər yerdə var"

O qeyd edib ki, bu məsələlərdə yol infrastrukturu daha önəmlidir: "Yolu qazırlar, amma nişanlar qoyulmur. Məlumatlandırma nişanları çatışmır. Amma cərimə gətirən nişandan hər yerdə var".

4 saatdı yollarda qalmışıq, belə şey olar?
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Tıxaclara gəlincə isə, ekspert deyir ki, sürət həddinin tənzimlənməsi, işıqforlar, yolayrıcıları, körpülər – hamısında problem var. Onun vurğulamasına görə, bəzən təzə çəkilən yolu bir neçə aydan sonra qazırlar, bu da tıxac yaradır: "Məsələn, 3-cü mikrorayon dairəsində hələ də yol hərəkətinin tənzimlənməsini düzgün yerinə yetirə bilmirlər. Svetofordan çıxırsan, yenə düşürsən tıxaca. Onda bu svetofor orada nəyə lazımdır?".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, insanların Bakıya üz tutması müstəqillikdən üzü bəri başlayan bir prosesdir: "Onun obyektiv səbəbi Birinci Qarabağ savaşından sonra məcburi köçkünlərin Bakıya yerləşməsi ilə bağlıdır".

Astara sakini: "Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

"Baxmayaraq ki, buna milyardlarla vəsait ayrıldı…"

Onun sözlərinə görə, sonra isə iqtisadi və sosial problemlərdən insanlar Bakıya axın etməyə başladı. O xatırladıb ki, hökumət indiyə kimi regionların inkişafına dair üç proqram icra edib: "Dördüncüsü artıq realizə olunmalıdır. Baxmayaraq ki, buna milyardlarla vəsait ayrıldı, onların ciddi bir effekti olmadı".

O vurğulayıb ki, əslində, bir çox rayon və kəndlərə işığın, qazın verilməsində problemlər həllini tapıb: "Amma nə qədər ki, regionlarda iş yerləri və insanların sosial həyatı ilə bağlı problemlər var, onların Bakıya üz tutması davam edəcək. Regionlarda mədəni həyat da olmalıdır. Teatrların, kinoteatrların, konsert zallarının, kitabxanaların və bu kimi digər sosial infrastrukturun zəif olması da insanları Bakıya köçməyə sövq edir".

Rəsmi rəqəmlər…

Amma rəsmilər, bir qayda olaraq, regionların inkişafına dair dövlət proqramlarının uğurlu nəticələrindən danışırlar. Onlar deyirlər ki, əvvəlki üç dövlət proqramı nəticəsində ölkədə 1.5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb .İddiaya görə, ümumi daxili məhsul isə 3.3 dəfə artıb.

XS
SM
MD
LG