Oktyabrın 11-də futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin 3-cü turunda keçiirlən Çexiya-Azərbaycan matçı 0:0 hesabı ilə başa çatıb.
Oyun Çexiyanın Ostarava şəhərində keçirilirdi.
C qrupunda mübarizə aparan Azərbaycan yığması bundan əvvəlki hər iki görüşdə qalib gələrək 6 xalla ikinci yerdə qərarlaşırdı.
Bu qrupda Almaniya,Çexiya,Şimali İrlandiya,Norveç, Azərbaycan və San Marino yığmaları mübarizə aparır.
Almaniya yığması 9 xalla 1-ci, Azərbaycan 7 xalla 2-ci, Şimali İrlandiya 4 xalla 3-cü, Norveç 3 xalla 4-cü, Çexiya 2 xalla 5-ci, San Marino isə 0 xalla sonuncu yerdədirlər.
11 oktyabr
Çexiya – Azərbaycan 0:0
Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali (Sloveniya)
Ostrava. “Vitkovitse” stadionu
Digər oyunların nəticələri
Almaniya - Şimali İrlandiya 2:0
Norveç - San Marino 4:1