Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Avropa Məhkəməsi seçki şikayətlərini tanıyır, bəs sonra?


Seçki pozuntusu: eyni seçici iki dəfə səs verir
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Seçki pozuntusu: eyni seçici iki dəfə səs verir

Gələn həftə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycandan göndərilən 15-dən çox ərizə üzrə yekun qərarlarını elan edəcəyi gözlənilir. Onların arasında parlament seçkiləri ilə bağlı şikayət də yer alır. (Ümid Partiyasının sədri İqbal Ağazadə 2015-ci il parlament seçkilərində Avropa Konvensiyasında seçki və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaqla bağlı hüquqlarının pozulduğunu bildirib)

AİHM bundan əvvəl də Azərbaycanda parlament seçkilərinə aid başqa şikayətlərlə bağlı çoxsaylı qərarlar qəbul edib. Onların hamısında məhkəmə seçkilər zamanı pozuntuların baş verdiyini tanıyıb.

Bəs bu qərarların kompensasiyadan başqa hansısa təsir gücü olubmu?

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı "Turan"a bildirib ki, adətən, mülkiyyət, yaxud da həbslərlə bağlı məhkəmə qərarları varsa, Azərbaycan hökuməti kompensasiya ödəyir və bəzən bəraət də verir: "Son vaxtlar bunun nümunələri də oldu. NİDA Vətəndaş Hərəkatı və ReAL Partiyasının üzərindən bunu gerçəkləşdirdilər".

Fazil Mustafa
Fazil Mustafa

"Əsas kompensasiyanın ödənilməsi nəzərdə tutulur"

Onun sözlərinə görə, digər məsələlərdə isə ardıcıllıqla əsas kompensasiyanın ödənilməsi nəzərdə tutulur: "Çünki hansısa bir proses başa çatandan sonra onu geri qaytarmaq problemli məsələdir. Heç bir dövlət onu həyata keçirməyə o qədər də meylli olmur. Digər tərəfdən, həmin o kompensasiya hissəsi vətəndaşın pozulmuş hüquqlarına adekvat olaraq məbləğ formasında məhkəmə tərəfindən təyin olunur".

Deputat deyir ki, məhz ona görə də daha çox kompensasiya hissəsinə baxılır: "Çünki prosesi geri çevirmək olmur. Məsələn, kimsə hansısa dairədən seçilib və seçilməyən şəxs məhkəməyə müraciət edir, üstündən iki-üç il keçir və bu müddət ərzində o biri şəxs orada hüquq sahibidir. İndi onun hüququn pozulmasından söhbət gedə bilər, yenidən o da məhkəməyə müraciət edə bilər. Ona görə də doğru olan elə kompensasiya hissəsinə diqqət yetirməsidir".

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

"100-dən çox şikayətlərdə pozuntular tanınıb"

Vəkil Əsabəli Mustafayev isə AzadlıqRadiosuna bildirib ki, ilk şikayətlər 2005-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı idi: "Seçki hüququnda yalnız parlamentə seçkilər nəzərdə tutulur. Elə 2005-ci ildən başlayaraq göndərilən 100-dən çox şikayətlərdə göstərilmiş pozuntular tanınıb".

Vəkilin sözlərinə görə, şikayətlər, əsasən, seçki komissiyalarının formalaşması və şikayətlərə baxılma qaydaları ilə bağlı olub: "Biz sübut edirdik ki, komissiyalar elə formalaşdırılır ki, istər-istəməz hökumətin təsiri altına düşür. Şikayətlərə baxılması qaydalara gəlincə, onlar İnsan Hüquqları Konvensiyanın tələblərinə cavab vermir".

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

"Nə seçki komissiyalarının formalaşması qaydalarını, nə də…"

O qeyd edib ki, Avropa Şurasının bir çox komissiyaları, o cümlədən də Venesiya Komissiyası seçki qanunu ilə bağlı çoxsaylı tövsiyələr verib: "O cümlədən də AİHM-in qərarları əsasında. Çox təəssüf ki, hökumət 2005-ci ildən başlayaraq indiyə qədər ancaq kompensasiyanın ödənməsi ilə kifayətlənib. Qərarlarda göstərilən amillərin heç birini icra etmir. Nə seçki komissiyaların formalaşması qaydalarını, nə də şikayətlərə baxılması qaydalarını dəyişir".

Mövzu ilə bağlı Məhkəmə Hüquq Şurası və Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb.

Azərbaycanda mövcud qanunvericiliyə əsasən, komissiyalar üçdə bir əsasla formalaşdırılır. Komissiyaların üçdə biri parlamentdəki hakim partiyanın, üçdə biri azlıqdakı partiyaların, qalan yerlər isə bitərəflərin payına düşür. Aparıcı müxalifət partiyaları isə onun paritet (hakimiyyət və müxalifət) əsaslarla formalaşdırılmasını tələb edir.

XS
SM
MD
LG