Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

ATƏT sədri atəşkəsə çağırır


Edi Rama
Edi Rama

ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın baş naziri və xarici işlər naziri Edi Rama iyulun 14-də bəyanatla çıxış edib:

“Mən Ermənistan və Azərbaycan sərhədi boyunca zorakılığın artmasından dərindən narahatam və bundan sonra da itkilərin baş verməməsi üçün dərhal atəşkəsə qayıdılmasına çağırıram”.

Edi Rama bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk tərəflərlə daimi əlaqədədir və vəziyyətin sabitləşdirilməsinə cəhdlər edilir.

ATƏT sədri habelə 2019-cu ildə Vyanada ATƏT həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa kommunikasiya xətti barədə razılaşma əldə edildiyini yada salıb.

Cənab Rama bildirib ki, o eskalasiyanın aradan qaldırılması üçün belə mexanizmlərdən istifadə ediləcəyinə inanır.

Edi Rama habelə son toqquşmalarda hər iki tərəfdən ölənlərin yaxınlarına başsağlığı verib:

“Biz hamımız münaqişənin insanlara təsirini azaltmaq və mümkün qədər tez bir zamanda predmetli danışıqlara başlanmasına çalışmalıyıq”.

XS
SM
MD
LG