Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:59

Dünyanın əsas vaksin namizədinin sınaqları bərpa edildi


San Paulo Universiteti
San Paulo Universiteti

Senrtyabrın 14-də AstraZeneca şirkəti və İngiltərənin Oksford Universiteti tərəfindən hazırlanan vaksinin klinik sınaqları Braziliyada bərpa olunub.

Bu, Britaniya Səhiyyə Nazirliyinin sınaqların bərpasına icazə verməsindən sonra mümkün olub.

Reuters agentliyinin verdiyi xəbərə görə, sınaqları aparan San Paulo Universiteti Braziliyada təcrübədə iştirakı nəzərdə tutulan 5 min könüllüdən 4600-nə vaksin vurub.

Hələlik onlardan heç birində tibbi fəsad qeydə alınmayıb.

Könüllüləri ölkənin San Paulo, Rio de Janeyro və Salvador şəhərlərində toplamışdılar.

AstraZeneca ötən həftə Britaniyadakı könüllülərdən birində izaholunmaz xəstəlik qeydə alınandan sonra sınaqları dayandırmışdı.

Braziliya böyük sınaq meydançası kimi

Braziliya koronavirus pandemiyasından ən çox əzab çəkən üç ölkədən biridir. Digər iki ölkə ABŞ və Hindistandır.

Braziliyada hazırda Britaniya, Rusiya və Çinin vaksinləri sınaqdan çıxarılır.

Rusiyanın koronavirusa qarşı Sputnik V vaksininin kliniki sınaqlarının III fazası Braziliyanın Bahia və Parana ştatlarında keçirilməlidir.

Çinin Sinovac Biotech Ltd vaksininin III faza sınaqlarına San Paulo şəhərində başlanıb.

Sinovac vaksininin sınaqlarında 9000 braziliyalı könüllü iştirak edir.

XS
SM
MD
LG