Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 01:44

Həbsdəki cəbhəçinin xanımı: 'Üç körpə uşaq acdır'


Aqil Hümbətov
Aqil Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, hazırda həbsdə olan Aqil Hümbətovun xanımı Günay Hümbətova çətin duruma düşdüklərini bildirir.

Siyası fəal, Zirə qəsəbəsində dəmir-karton yığmaqla ailəsini dolandıran Aqil Hümbətovun xanımı özü bu barədə danışıb. O vurğulayıb ki, yoldaşı siyası fəallığına görə şərlənərək 3 aylıq Şüvəlan təcridxanasına salındıqdan sonra ailədə 3 körpə uşaq onun ümidinə qalıb. Aygün Hümbətova qeyd edib ki, uşaqları evdə yalqız qoyub ərzaq dalınca gedə bilmir. Onun deməsinə görə, Zirə qəsəbəsində elə yerdə yaşayırlar ki, evlərinin yaxınlığında ərzaq dükanları yoxdur, gərək bundan ötrü bir necə kilometr məsafə qət edəsən:

"Pulum qurtarıb"

"Uşaqlara məndən başqa baxan yoxdur, pulum qurtarıb, nə mağazaya gedə bilirəm, nədə getsəm, ərzaq almağa pulum var. Evdə elektrik təhlükəli vəziyyətdədir, su çəni axır. Aqili yalan ifadələrlə, guya qonşuya hücum etməsinə görə həbs ediblər. Ərimi zindana salanlar indi uşaqlarının qeydinə qalsınlar. Prezident İlham Əliyevə səslənirəm: üç körpə uşaq acdır. Zirə bələdiyyəsi yardım etmir, kənd icra hakimiyyətində telefon zənglərimə cavab vermirlər. Prezident ailəmizin qeydinə qalsın. Aqili azadlığa buraxsınlar, mən tək balaların ehtiyaclarını ödəyə bilmirəm".

Bu fikirlərə, hələlik, ölkə rəhbərliyi və Zirə qəsəbəsinin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Almaniyada 200 avro aylıq uşaqpulu, Azərbaycanda isə...
Gözlə

No media source currently available

0:00 0:05:47 0:00

Xatırlatma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov avqustun 11-də saxlanıb. Gecə Xəzər rayon Polis İdarəsindən həyat yoldaşına zəng edib bildiriblər ki, yoldaşı tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aqil Hümbətovun saxlanılmasını təsdiq ediblər. "O, avqustun 11-də Zirə qəsəbəsində yerli sakin Yamən Məmmədova şəxsi münaqişə zəminində bıçaq zərbələri vurması səbəbindən saxlanılıb. Hazırda istintaq aparılır", - qurumdan bildiriblər.

Daha sonra onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Yaxınlarının iddia etməsinə görə, Aqil Hümbətov deyib ki, onu soyundurmaqla təhdid edərək yalan ifadəyə imza atmaq məcburiyyəti qarşısında qoyublar. Amma Daxili İşlər Nazirliyi ondan təzyiq yolu ilə ifadə alınması haqqında deyilənləri təkzib edib.

Aqil Hümbətov əvvəllər sosial çıxışları ilə yadda qalıb. O, bir qayda olaraq, ölkə rəhbərliyindən uşaqlara aylıq müavinətin verilməsini tələb edib. 2020-ci ildə isə videomüraciət yayaraq ölkə rəhbərliyini tənqid edib. Bundan sonra Aqil Hümbətovu Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndəriblər.

XS
SM
MD
LG