Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 02:24

Abituriyentlərin yarısına yaxını 200-dən az bal yığıb


Qəbul imtahanı. 2019
Qəbul imtahanı. 2019

Şagirdlərin, olsa-olsa, üçdə biri aldığı qiyməti doğruldub

"Abituriyent" jurnalının 12-ci buraxılışı yayımlanıb. Jurnalın bu sayında ötən il orta məktəbləri bitirən və eləcə də universitetə qəbula üz tutan şagird və abituriyentlərlə bağlı göstəricilər açıqlanıb. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də abituriyentlərin nəticələrini uğurlu saymaq olmaz. Dövlət İmtahan Mərkəzinin məlumatından aydın olur ki, ötən il qəbul imtahanına qatılan abituriyentlərin 43 faizə yaxını 700 mümkün baldan 200-dən azını toplaya bilib. Bu abituriyentlərin nəticələri "2" qiyməti ilə dəyərləndirilib. Topladığı bala görə "5" alan abituriyentlərsə imtahana qatılanların cəmi 9.7 faizi olub. Abituriyentlərin 21 faizinin imtahan nəticəsi "3", 26.6 faizinin imtahan nəticəsi isə "4" qiyməti alıb (söhbət beşballıq qiymətləndirmədən gedir). Pandemiya ilində imtahan nəticələri "2" və "3"lə qiymətləndirilən abituriyentlərin sayı 2019-cu illə müqayisədə çoxalıb.

Daha bir diqqətçəkən məqam odur ki, orta məktəbi "5" qiyməti ilə bitirən abituriyentlərin cəmi 32 faizi, yəni təxminən hər üçündən biri qəbul imtahanında da eyni nəticəni göstərib. Bu durum orta məktəblərdə qiymətləndirmə sisteminin gerçəkliyi əks etdirib-etdirməməsi baxımından haqlı suallar doğurur. Ötənilki imtahanda ən zəif nəticə göstərən rayonların onluğuna Qusar, Goranboy, Daşkəsən, Ağsu, Xızı, Astara, Şabran, Tərtər, Samux və Lerik daxil olub.

Avropada pulsuz, Azərbaycanda 6 minə. Kasıbın balası necə oxusun?
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Ən yaxşı halda proqramın yarısına yiyələnirlər

Dövlət İmtahan Mərkəzi ali təhsil ocaqlarına imtahan vermiş abituriyentlərin ayrılıqda Azərbaycan və rus bölmələri üzrə ortalama statistik portretini də müəyyənləşdirib. Nəticələrdən aydın olur ki, Azərbaycan bölməsində oxuyanlar biologiya, coğrafiya və tarix fənlərini, rus bölməsində oxuyanlarsa riyaziyyatı daha yaxşı mənimsəyiblər.

Cədvəl: Fənlər üzrə Azərbaycan və rus bölməsində təhsil alanların sualları düzgün cavablandırma göstəricisi

Fənnlər

Azərbaycan bölməsi (faizlə)

Rus bölməsi (faizlə)

Ana dili (birinci mərhələ)

52,11

57,09

Ana dili (ikinci mərhələ)

58,12

53,14

Ədəbiyyat

49,82

47,05

Riyaziyyat (birinci mərhələ)

29,77

31,84

Riyaziyyat (ikinci mərhələ)

32,29

33,52

İngilis dili

37,51

51,03

Tarix

40,25

31,15

Coğrafiya

34,78

30,71

Kimya

32,85

33,14

Biologiya

54,07

47,92

Fizika

27,41

27,72

Abituriyentlərin cavabladığı test nəticələrinin təhlili göstərir ki , hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizini düzgün cavablandırıb. Test suallarının məktəb proqramından kənara çıxmadığı hesaba qatılarsa, bu durum təhsildə qiymətləndirmə ilə yanaşı, tədris metodlarının da yenidən gözdən keçirilməsini qaçılmaz edir.

Təhsil Nazirliyinin açıqladığı son göstəricilərə (2019) görə, ölkədə təhsil alan 1 milyon 618 min şagirdin 91 faizə yaxını Azərbaycan dilində oxuyub. Rus dilində təhsil alanlar 140 min 535 nəfər olmaqla bütün təhsil alanların 9 faizi olub. Daha 6 min 316 nəfər ingilis, 1 min 147 nəfər gürcü, 352 nəfər Anadolu türkcəsi, 142 nəfərsə fransız tilində təhsil almaqdadır. Əvvəlki illərin nəticələri göstərir ki, ölkə üzrə Bakı şəhərində və özəl məktəblərdə rus dilində təhsil alanların sayı ortalama göstəricidən daha yüksəkdir.

Təhsil haqqını verə bilməyən tələbə: 'Atam pandemiyada işsiz qalıb'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Təhsilləri barədə məlumat olmayan şagirdlər

Dövlət İmtahan Mərkəzinin analizində daha bir diqqətçəkən məqam şagirdlərin bir hissəsinin sonadək təhsil almaması ilə bağlıdır. Ötən il 1-ci sinfi bitirən şagirdlər 2009-cu ildə 1-ci sinfə daxil olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118 min 435 nəfər idi. Amma 2018-ci ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 110 min 37 nəfər olub. Yəni, 9 il ərzində şagirdlərin sayı 8 min 400 nəfərə yaxın azalıb. Bu o deməkdir ki, 2009-cu ildə məktəbə başlayan şagirdlərin 7.1 faizi ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur.

2009-cu ildə məktəbə başlayan şagirdlərdən 9-cu sinif buraxılış imtahanlarına qatılanların təxminən 9 faizi təhsilini orta ixtisas və ya peşə təhsili müəssisələrində davam etdirib. Nəticədə, 2009-cu ildə birinci sinfə gedən şagirdlərdən təxminən 80 min nəfəri 11 illik orta təhsil alıb. Həmin şagirdlərin də təxminən 16 faizi təhsilini davam etdirməməyi qərara alıb və ali təhsil ocaqlarına və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət etməyib. Təhsillərini davam etdirməyənlərin 8 faizi kənd məktəblərini bitirənlərdir.

Təhsil naziri niyə kasıbın balasına internet və kompüter vermək istəmir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Ən populyar ixtisaslar

Ötən ilin nəticələrinə görə, 1-ci ixtisas qrupu üzrə abituriyentlərin ən çox seçdiyi ixtisas Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi" ixtisası olub. İkinci qrupda isə ən populyar ixtisas adını Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" (tədris ingilis dilində) ixtisası qazanıb. Üçüncü və dördüncü qruplar tərəfindən ən çox seçilən ixtisaslarsa, müvafiq olaraq, Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" və Azərbaycan Tibb Universitetinin "Tibb" ixtisasları olub. Beşinci qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisaslarına daha çox üstünlük verilib.

XS
SM
MD
LG