Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:26

Həbsdən çıxan AXCP funksioneri: 'İşgəncələr gördüm, ayağıma su yığılır'


Aqil Məhərrəmov həbsdən azadlığa buraxılıb
Aqil Məhərrəmov həbsdən azadlığa buraxılıb

Bu gün, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov həbsdən azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 illik həbs qərarını son gününə qədər çəkən A.Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, iş qondarma olub: "Bu, məhkəmədə də sübut olundu. Amma buna baxmayaraq 4 il həbsdə qaldım".

Onun sözlərinə görə, həbs müddətində səhhətində problem yaranıb: "Saxlanılandan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələr gördüm. Bunun nəticəsi olaraq ayağıma su yığılır".

O vurğulayıb ki, qısa reabilitasiya dövründən sonra AXCP-də siyasi fəaliyyətini davam etdirəcək.

A.Məhərrəmovun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb. Amma DİN bu vaxta qədər siyasi fəalların işgəncələrlə bağlı şikayətlərini, bir qayda olaraq, təkzib edib.

Həbsdə olan cəbhəçilər onlara işgəncə verilidiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Xatırlatma

A.Məhərrəmov AXCP-nin digər iki funksioneri (Babək Həsənov və Ruslan Nəsirov) ilə birgə düz 4 il əvvəl tutulub. Ondan iki həftə öncə, mayın 8-də Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov narkotik ittihamıyla saxlanmışdı. Ondan da iki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli eyni ittihamla tutulmuşdu. AXCP-nin üç funksioneri tutulandan sonra onlarla bağlı ittihamların dəyişdiyi bəlli olub. Rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar. AXCP ittihami yalanlamışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilmişdi. V.Rüstəmli və R.Nəsirova isə şərti cəza verilmişdi. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov ötən il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG