"Gürcü arzusu" Tbilisinin 10 mojaritar dairəsindən 9-da qalib gəlib
Gürcüstan Seçki Komissiyasının ilkin məlumatına görə, hakim "Gürcü arzusu" partiyasının namizədləri Tbilisidə 10 majoritar dairədən 9-da elə birinci turda qalib gəliblər. Vurğulanır ki, onların hamısı qalib gəlmək üçün lazım olan 40 faiz səs baryerini keçiblər.
***
MSK-nın açıqlamasına görə, sayılan 40 faiz protokol nəticələrinə görə Gürcüstanın əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat" partiyası proporsional qaydada 11 şəhərdə liderdir.
"Novosti-Georgia" xəbər verir ki, qalan 53 rayonda hakim "Gürcü Arzusu" partiyası öndədir.
Tbilisinin gələcək meri
Paytaxt Tbilisiyə mer seçkilərində hakim "Gürcü Arzusu" partiyasının namizədi Kaxa Kaladze liderdir. Amma onun seçkilərin birinci turunda qalib gəlmə şanslarının aşağı olduğu bildirilir.
MSK-nın son məlumatına görə, Kaladze səslərin 45,5 faizini, onun əsas rəqibi, müxalif "Vahid Milli Hərəkat" partiyasından olan namizəd Nika Meliya 34,13 faizni toplayıb. Tbilisinin meri olmaq istəyən keçmiş baş nazir Qeorqiy Qaxariya 8,97 faiz səslə üçüncü yerdə gəlir.
***
Gürcüstanda keçirilən bələdiyyə seçkilərində 48,56% səslə hakim "Gürcü Arzusu" partiyası liderdir.
Bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) 38,63% seçki məntəqələrindən seçki bülletenləri işləndikdən sonra verdiyi məlumatdır.
Ölkənin ən böyük müxalifət partiyası "Vahid Milli Hərəkat" 32,32% səslə ikinci yerdə gəlir.
Üçüncü yerdə 6,87% səslə keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyası qərarlaşıb.
MSK -nın ilkin məlumatlarına görə, qalan partiyalar arasında səslər aşağıdakı ardıcıllıqla paylandı:
"Girchi - daha çox azadlıq" - 4,8%;
"Lelo" - 2,6%;
"Avropa Gürcüstanı "- 1,82%;
"Gürcüstan Vətənpərvərlər Alyansı" - 1,42%;
"Üçüncü Güc" - 1,27%;
"Gürcüstan İşçi Partiyası" - 1,25%;
"Girchi - Daha çox Azadlıq" - 1,04%;
"Vətəndaşlar" - 0,61%;
"İnsanlar üçün" - 0,6%.
Oktyabrın 2 -də Gürcüstanda bələdiyyə seçkiləri keçirilib. Vətəndaşlar şəhər və rayon məclislərinə millət vəkilləri, habelə Tbilisi də daxil olmaqla 64 bələdiyyənin bələdiyyə başçılarını seçiblər. Gürcüstanda şəhər və rayon məclisləri proporsional və mojaritiar olmaqla qarışıq bir sistemlə seçilir.