Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:25

Erməni hərbçisi Ermənistana niyə qaytarıldı?


Erməni hərbçi
Erməni hərbçi

İyunun 8-də Azərbaycan tərəfi Laçında Ermənistana məxsus diversant saxlandığını, qrupun digər üzvlərinin geri çəkildiyi, onların məqsədinin ərazinin minalanması olduğu haqda məlumat verdi. Ancaq bir neçə saat sonra nazirlik saxlanılan şəxsin diversant olmaması, hərbi qulluqçunun dumanda azaraq sərhədi keçməsi və bu səbəbdən geri qaytarılması barədə xəbər yaydı.

Hərbi ekspert Abuzər Əbilov Müdafiə Nazirliyinin bir gündə iki bir-birinə zidd bəyanat verməsinin şübhələrə yol açdığını düşünür. Onun fikrincə, fotoşəkildə erməni Artur Katanyanın hərbi kəşfiyyatçıya xas olan geyimi, maskalanması onun səhvən, yolu azaraq Azərbaycan tərəfə düşməsi versiyasını şübhə altına salır.

Ermənistanla Azərbaycan mina məsələsində əməkdaşlıq edə bilərlər?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Hərbi ekspert nazirliyin birinci məlumatında Katanyandan başqa digər ermənilərin olmasını, onların qaçaraq aradan çıxması haqda dediklərini də xatırladır.

"İkinci bəyanatda Müdafiə Nazirliyi digər erməni hərbçilər barədə susur", –o əlavə edir.

A.Əbilov bu məsələdə Rusiyanın Azərbaycana təzyiq göstərməsini istisna etmir.

"Müdafiə Nazirliyi verdiyi bəyanatı əvvəlcədən düşünməli, iki bir-birinə zidd olan məlumatı verərək xalqı narahat etməməlidir" – hərbi ekspert deyir.

R.Musabəyov
R.Musabəyov

Milli Məclisin deputatı Rasim Musabəyov Artur Katanyanın diversant olmamasını mümkün sayır: "Fotoya baxmısız. O, erməni təxribatçısına oxşamır. Axı onu əsir alanda döyüş olmayıb".

Musabəyov baş verənləri Azərbaycanla Ermənistan arasında gedən psixoloji mübarizə ilə əlaqələndirir.

"Görünür, buna görə Müdafiə Nazirliyi əvvəl əsiri diversant kimi qələmə verdi. Ola bilər ki, bu işdə Rusiyanın təzyiqi də var, çünki Katanyanın işi ilə rus generalı məşğul oldu", - deputat Moskvanın bu hadisədə iştirakını da mümkün sayır.

İki tərəfdən təhlükədə Kəlbəcər...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG