Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:26

Lavrov : ‘Sərhədin dəqiqləşdirilməsini biz təklif etmişik’


Sergey Lavrov
Sergey Lavrov

“Bu işlə heç vaxt heç kim məşğul olmayıb. Biz də təklif etmişik ki, onlar belə bir işə başlasınlar. Biz bu işdə onlara kömək göstərməyə, kartoqrafik materiallar və məsləhətlər verməyə hazırıq”.

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə görə “emosiyaların qızışdırılması” üçün heç bir əsas görmür.

RIA Novosti agentliyinin məlumatına görə, bunu mayın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Syerra-Leonedən olan həmkarı Devid Con Frensislə birgə keçirdiyi mətbuat konfransıda jurnalistin sualına cavab verərkən bəyan edib.

Lavrov əlavə edib ki, Moskva Bakıya və Yerevana demarkasiya işində könmək etməyə hazırdır:

"Orda bir güllə də atılmayıb, toqquşma olmayıb. Oturublar və sakitcə bu situasiyanı necə həll etməyi müzakirə edirlər. Bizdən dəstək istəyiblər və bizim hərbçilər belə bir dəstəyi veriblər, razılaşma əldə olunub. Mən, bu cari, amma sakitcə həll oluna biləcək məsələyə görə emosiyaların qızışdırılmasına heç bir əsas görmürəm”.

“Biz xəritələr və məsləhətlər verə bilərik”

Sergey Lavrov daha sonra Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət barədə məlumat verib:

"Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə isə, Azərbaycan tərəfi bu insident baş verdikdən sonra bəyanat verərək hadisəni anlaşılmazlıq adlandırıb və ən başlıcası bunu sərhədin olmaması ilə izah edib”.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, delimitasiya və demarkasiya üçün əvvəlcə sərhədin müəyyənləşdirilməsi lazımdır:

“Bu işlə heç vaxt heç kim məşğul olmayıb. Biz də təklif etmişik ki, onlar belə bir işə başlasınlar. Biz bu işdə onlara kömək göstərməyə, kartoqrafik materiallar və məsləhətlər verməyə hazırıq”.

XS
SM
MD
LG