Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Bir qrup könüllü şikayətçidir


Gecəqondudan könüllü əsgər gedən kasıb balası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Gecəqondudan könüllü əsgər gedən kasıb balası

II Qarabağ müharibəsi zamanı könüllü şəkildə orduda xidmət etdiklərini bildirən bir qrup şəxs şikayətçidir. Şikayətçilərin sözlərinə görə, onların hərbi biletinə müharibə iştirakçısı olduqları yazılmır və möhür vurulmur.

Onlar bildirib ki, ötən ilin oktyabrın 9-da N saylı hərbi hissəyə gətiriliblər. Şikayətçilərin vurğulamasına görə, onların cəbhə bölgəsinə yola salınacağı gözlənib, lakin ölkənin başqa bölgəsinə göndəriliblər. Demələrinə görə, sonra isə işğaldan azad edilmiş dağlıq rayonlara aparılıblar: "…Yolların minalardan təmizlənmsində iştirak etmişik… Səngərdə də olmuşuq. Oradan isə tərxis olunmuşuq. Bizə hərbi hissənin komandiri deyir ki, siz müharibədən sonra iştirak etmisiniz, hərbi biletinizdə "müharibə iştirakçısı" yazıb möhür vura bilmərik. Bəs biz… şəhid olsaydıq, onda necə yazılacaqdı?".

"Bizə dedilər ki,..."

Onlar bildirib ki, Müdafiə Nazirliyində qəbulda olublar. Demələrinə görə, daha sonra isə nazirliyin Təlim Tədris Mərkəzində yerləşən Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyaya müraciət ediblər: "Bizə dedilər ki, ola bilməz ki, hərbi biletinizə möhür vurulmasın, vurulmalıdır. Amma bugünkü gündə problemimiz həll edilmir. Son addım kimi məhkəməyə müraciət etməyimiz qalır".

Bu deyilənlərə, hələlik, Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG