Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:38

QHT-lərə ittihamlar qaldırıldı


Almatı
Almatı

2019-cu ilin noyabrından bu Orta Asiya ölkəsində 12-dən çox qeyri-hökumət təşkilatı vergi təftişinə məruz qalıb

Qazaxıstan hakimiyyəti sərt daxili və xarici reaksiyadan sonra bir neçə qeyri-hökumət təşkilatına ittihamları ləğv edib. Həmin qurumlar əsasən medianın, hüquqların və seçkilərin monitorinqi ilə məşğul idilər.

Altı QHT-nin təmsilçisi fevralın 4-də bəyan ediblər ki, onlara ittihamlar qaldırılıb, fəaliyyətlərinin dayandırılması, cərimə ödəmələri haqda qərarlar ləğv olunub.

Qazaxıstan İnsan Haqları və Hüququn Aliliyi Beynəlxalq Bürosunun rəhbəri Yevgeni Jovitsin fevralın 4-də AzadlıqRadiosu-na deməsində görə, hakimiyyətin QHT-lərə münasibətinin kəskin dəyişməsi daxili və beynəlxalq təzyiqin nəticəsidir.

“Bacardıqları qədər geri çəkilirlər”

“Hakimiyyət elə bir işə girişdi ki, etirazlar onların imicinə siyasi ziyan vurmağa başladı. İndi isə bacardıqları qədər geri çəkilirlər”, – Jovits vurğulayıb.

Fəalların deməsinə görə, onlar qərarlar barədə rəsmi sənəd almayıblar, amma vergi orqanlara onlara son həftələr barələrində çıxarılmış məhkəmə qərarlarının ləğv olunduğunu xəbər verib.

2019-cu ilin noyabrından bu Orta Asiya ölkəsində 12-dən çox qeyri-hökumət təşkilatı vergi təftişinə məruz qalıb.

Dövlət Gəlir Komitəsinin başçısı Marat Sultanhəziyev fevralın 3-də radioya demişdi ki, vergi yoxlamalaları, QHT-lərin fəaliyyətini dayandırmaq, yaxud onları cərimələmək qərarları “mütəmadi” aparılan “rutin proseduran tərkib hissəsidir”.

“Human Rights Watch” təşkilatının ötən ay verdiyi bəyanatda deyilirdi ki, maliyyə hesabatlılığında iddia olunan pozuntular Qazaxıstan rəhbərlərinin insan haqlarını yaxşılaşmaq cəhdlərinə "ciddi şübhə" salır.

XS
SM
MD
LG