Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:50

ABŞ-da müharibə əlillərinin pensiyası 4 min dollardır


Bu qazilər ildə 50 min dollar pensiya alır
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

ABŞ-da müharibə əlillərinin pensiyası 4 min dollardır (Imtiyazlar)

Vyetnam müharibəsi 1975-ci ildə - Qarabağda separatçı hərəkat baş qaldırandan 13 il əvvəl başa çatmışdı...

71-yaşlı amerikalı Don Rey Vyetnam müharibəsində üç il döyüşüb. Deyir ki, indiki Amerika cəmiyyəti veteranın qədrini bilir: "Avtomobilimin arxasındakı üzərinə "müharibə əlili" yazılmış lövhəni dövlət verib mənə. Bu günlərdə bir qadın sürücü maşını saxladı yanımda, dedi ki, "çox sağ ol xidmətinə görə". Amerikalılar bunu tez-tez edirlər. Hərbi formada olan şəxsə yaxınlaşıb təşəkkür bildirirlər. Vyetnam savaşından sonrakı müharibələrdən qayıdanlar daha çox qəhrəman kimi qarşılandılar".

D.Rey müharibədən posttravmatik stress pozuntusu – PTSD ilə qayıdıb, 1-ci qrup əlillik dərəcəsi var. Dövlət ona illik təqribən 50 min ABŞ dolları əlillik pensiyası verir. Amma yardım təkcə bundan ibarət deyil: "Mənim bütün tibbi xərclərim ödənir. Gözümün, dişlərimin müalicəsi və s. Əməliyyat olundum, bir qəpik də ödəmədim. Cənubi Kaliforniyanın ən yaxşı xəstəxanasında psixi müalicə alıram. Bundan başqa, daşınmaz əmlak vergisində mənə dövlət güzəşt edir. Bəzi başqa məsələlərdə də güzəşt var".

Müharibə iştirakçılarına hansı ölkə necə yardım edir?
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

"...həm də təhsil haqqı yardımı var"

D.Rey deyir ki, müharibədən gələnlər üçün dövlət həm də peşəkar təlimlər, ali təhsil almaq imkanı yaradır. O da 14 aylıq videomontaj kursu keçib, sonra ömrü boyu beynəlxalq səviyyəli jurnalist layihələri həyata keçirib: "Veteranlar üçün güzəştli kreditlər var-bura biznes, mənzil və s. kreditlər daxildir. Bizim üçün həm də təhsil haqqı yardımı var. Mən özüm, həyat yoldaşım və oğlum dövlətdən təhsil haqqı yardımları almışıq. 70-ci illərdə universitetlər, demək olar ki, pulsuz idi, indi bu yardıma çox ehtiyac var, çünki çətindir təhsil haqqını toplamaq".

D.Rey veteran olduğu üçün indiki evini də ilkin ödənişsiz, güzəştli ipoteka ilə alıb. O, Bakıda jurnalist təlimləri keçdiyi müddətdə azərbaycanlı veteranların durumu ilə tanış olduğunu deyir: "Mən bir neçə il əvvəl Bakıda olanda müharibə əlilləri ilə müsahibə etmişdim. Onlar dövlət idarəsinin qarşısında etiraz aksiyası keçirirdi, amma onların şikayətinə baxan yox idi. Etirazçılardan biri döyüşdə ayağını itirmişdi. Hər gün gəlirdi idarənin qabağına, amma onu geri qaytarırdılar".

Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

"...veteranlar ora getmək istəmirdilər"

Azərbaycanda Birinci Qarabağ savaşında həlak olanların ailələrinə, Qarabağ əlillərinə vaxtaşırı pulsuz ev və maşın verilir, onlara müavinət də kəsilib, amma müxtəlif sosial problemlərdən şikayətçi olanlar da var. 44 günlük müharibədə döyüşmüş qazilər arasında da işsizlikdən, evinin şəraitsizliyindən gileylənənlər var. Bu günlər dövlət və hökumətyönlü media hökumət nümayəndələrinin şəhid ailələrinə baş çəkməsi, şəhidlərin yaxınlarını işlə təmin etmələri, mal-qara verməsi haqda reportajlar yayımlayırlar.

D.Rey deyir ki, ABŞ-da veteranlara münasibət əvvəllər yaxşı olmayıb. 70-ci illərdə o, müharibədən qayıdanda hansısa ciddi dəstək görməyib, heç işinə də bərpa oluna bilməyib. Deyir ki, hətta bəzi veteranlar psixoloji dəstək ala bilmədilər deyə, evsiz eşiksiz qalıb, həyat da qura bilmədilər.

D.Rey deyir ki, zamanla hökumət öz siyasətini dəyişdi. Hazırda ABŞ-da dövlət agentliyi statusunda Veteranlar Departamenti də fəaliyyət göstərir. Onun yerli şöbələrindən başqa, veteranlar departamentindən maliyyələşən, amma daha müstəqil qurumlar da var: "Bunlar "veteran mərkəzləri" adlanır. Vaxtilə veteranlar idarəsinin çox pis reputasiyası vardı, veteranlar ora getmək istəmirdilər. Dövlət bu yeni, daha müstəqil mərkəzləri yaratdı. Onlar idarənin balansındadır, amma veteran nə deyirsə, onun sözü orda qalır, veteran hər iki qurumdan kömək istəyə bilir. Veteranlar da rəsmi idarədə yox, bu mərkəzlərdə özlərini daha yaxşı hiss edirlər".

Veteran deyir ki, dövlətdən əlavə onlara dəstək verən çoxlu sayda qeyri-hökumət təşkilatları, fondlar da var.

D.Reyin sözlərinə görə, yaşlaşdıqca müharibənin onun psixikasına vurduğu zərbələr daha tez-tez üzə çıxır, onu daha çox incidir. Həm ətrafdakıların, həm dövlətin qayğısı isə ona böyük dayaqdır.

XS
SM
MD
LG